Müəllimlərin təhsil müəssisəsinə buraxılmasının qaydası açıqlanıb

"Vaksin olunmadığı üçün təhsil müəssisələrinə buraxılmayacaq təhsil işçilərinin əmək haqqı məsələsi ilə bağlı hələ ki məlumat yoxdur".
Bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlərə açıqlamasında bildirib.
Nazir müşaviri qeyd edib ki, hazırda təhsil müəssisələrinə əks-göstəriş sertifikatı təqdim edilir: "Proses davam etdiyindən rəqəmlər gündəlik olaraq dəyişir və say demək mümkün deyil. Lakin peyvənd olunmayan və əks-göstəriş, eyni zamanda immun sertifikatı təqdim etməyən müəllimlər təhsil müəssisələrinə buraxılmayacaqlar".
www.anews.az
























