• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycandan yox, Ermənistandan izahat tələb etməlidir"

"Azərbaycandan yox, Ermənistandan izahat tələb etməlidir"
28.11.2014 11:26
"Ermənistan silahlı qüvvələrinə məxsus Mi-24 hərbi vertolyotu Azərbaycan ərazisində döyüş postuna yaxınlaşıb və təbii ki, bizim əsgərlərimizin cavabı adekvat olub”.ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının Ağdamla bağlı 853 saylı qətnaməsində göstərilir ki, Ağdamı işğal etmiş erməni qoşunları dərhal oradan çıxarılmalıdır: "Beynəlxalq təşkilatlar ermənilərin təsiri ilə müəyyən qədər hay-küy qaldırırlar, amma unudurlar ki, vertolyotun düşdüyü ərazi Ağdam ərazisidir. Beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünü tanıyır. O cümlədən həmsədr dövlətlər - Rusiya, ABŞ və Fransa bəyan ediblər ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Belə olduğu halda, bu ölkələr Ermənistana niyə demir ki, sən başqasının ərazisində nə edirsən?! Niyə soruşmurlar ki, sənin hərbi vertolyotun Ağdam ərazisində nə gəzir?”

Z.Əsgərovun fikrincə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri vertolyotun vurulmasına görə Azərbaycandan yox, Ermənistandan izahat tələb etməlidir.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Siyasət 15:40
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol