• $
  • €
  • ₽
  • ₺
  • £

Mançinidən "Qarabağ" açıqlaması

Mançinidən "Qarabağ" açıqlaması
28.11.2014 11:55

İtaliyanın "İnter" klubunun baş məşqçisi Roberto Mançini dekabrın 11-də Bakıda "Qarabağ" komandası ilə keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin son tur matçı barədə danışıb.

ANN.Az "Report"a istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis Azərbaycan təmsilçisi ilə görüşə rahat çıxacaqlarını bildirib. Mançini deyib ki, Ukrayna "Dnepr"i ilə ötən gün oynadıqları qarşılaşmada əsas məqsədləri qələbə qazanmaqdan ibarət olub: "Bu, Azərbaycandakı matçda birinci pillədən narahatlıq keçirməmək üçün lazım idi. Komandam xarakter göstərərək, qələbəyə nail oldu".

Qeyd edək ki, "İnter" "Dnepr"i 2:1 hesabı ilə məğlub edib. Ukrayna təmsilçisi penaltidən və say üstünlüyündən yararlana bilməyib. Nəticədə "İnter" 11 xalla F qrupunun lideri kimi Avropa Liqasının 1/16 finalına vəsiqə qazanıb. "Dnepr" 4 xalla 4-cü pilləyə enib. Əvəzində "Qarabağ" Fransada "Sent-Etyen"lə 1:1 hesablı heç-heçəyə nail olub. Hazırda bu iki komanda qrupda 2-3-cü yerləri bölüşür. Sonuncu turda "Qarabağ" "İnter"i, "Dnepr" "Sent-Etyen"i qəbul edəcək.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Siyasət 15:40
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol