• $
  • €
  • ₽
  • ₺
  • £

Paytaxtın böyük prospektlərindən biri açılır - Fotolar

Paytaxtın böyük prospektlərindən biri açılır - Fotolar
01.12.2014 11:37
Paytaxtın Ziya Bünyadov (keçmiş Dərnəgül) prospektində aparılan təmir işləri artıq başa çatmaq ərəfəsindədir. Çox qısa vaxtdan sonra prospekt nəqliyyatın hərəkəti üçün tam açıq olacaq.
 
 
ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, artıq bir neçə gündür ki, Ziya Bünyadov prospektində təmir işləri 24 saatlıq rejimdə aparılır. Bu gün səhər saatlarında isə yol işçiləri asfalt-beton örtüyünün sonuncu qatının vurulmasını artıq Böyükşor yol qovşağının yanına, metronun "Koroğlu” stansiyasının ətrafına çatdırıblar: "Prospektdə təmir işləri Böyükşor yol qovşağından Xutor dairəsinədək 9,2 km uzunluğunda aparılır. Artıq yolda işıqlandırma işləri də demək olar ki, yekunlaşmaq üzrədir. Hazırda yolda lövhələr quraşdırılır. Hərəkət zolaqlarının sayı keçdiyi ərazilərdən asılı olaraq, bəzi yerlərdə 12 (6 gediş, 6 gəliş), digər yerlərdə isə 10 (5 gediş, 5 gəliş) olacaq. Təkcə Böyükşor qovşağının ətrafında 20 Yanvar istiqamətindən gələn avtomobillərin dönmə əməliyyatı etməklə yenidən əks istiqamətə qayıtması üçün hissədə işlərin yekunlaşması qalır ki, onu da çox qısa vaxtda tamamilə bitirəcəyik”.

P.Mürsəliyev qeyd edib ki, yol avtomobillərin hərəkəti üçün Böyükşor qovşağından Xutor dairəsi istiqamətində birtərəfli qaydada açıqdır. Bu yaxınlarda təmir işləri bitdikdən sonra əks istiqamətdə də hərəkət tam bərpa olunacaq.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Siyasət 15:40
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol