• $
  • €
  • ₽
  • ₺
  • £

Məscidi yandıranın anası: "İstərdim ona güllələnmə versinlər"

Məscidi yandıranın anası: "İstərdim ona güllələnmə versinlər"
03.12.2014 13:19
"Bütün nəslimiz ondan imtina edib. İstərdim ona güllələnmə versinlər”.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bunu Qaraçuxur məscidini yandıran PKK üzvü Namiq Nəsibovun anası Nailə Nəsibova deyib.

N.Nəsibovanın sözlərinə görə, oğlu içki aludəçisi olub:

"Onun vəkilinə də demişəm ki, bu adam xəstədir. Bakı şəhərinin bir neçə ərazisində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışıb. Hər yerdən içki içdiyi üçün qovulub. O da atası kimi şəhid olaydı, bilərdim ki, evimdə iki şəhid şəkili var. Həmişə deyirdi ki, kürdəm. Bizim ata-babadan pasportumuzda kürd sözü yoxdur, biz Azərbaycan vətəndaşıyıq. O, içki aludəçisi olub. Psixoloji vəziyyəti də normal səviyyədə olmayıb. Dispanser həkiminin reseptini vəkilə təqdim etmişəm. Psixi dərmanlar atırdı. Bu il ona şəxsi həkim tutmuşdum. Onun daxilinə cərrahi yolla arağa qarşı kapsul qoydurmuşam”.

N.Nəsibova bildirib ki, oğlunu bir il öncə polisə müraciət edərək tutdurub. Onun sözlərinə görə, polis oğlunu bir həftə saxlayandan sonra sərbəst buraxıb:

"İki dəfə şikayət edib onu tutdurmuşam. Bildirmişəm ki, bu harasa qoşulubsa, araşdırılsın, onunla bağlı iş qaldırılsın. Kürdüstan bayrağı ilə İraqa kimin vasitəsilə və niyə getdiyindən xəbərim olmayıb. Bir il bundan qabaq ondan imtina etmişəm. Övladımın törədə biləcəyi əməllərini qabaqcadan bilərək polisə məlumat vermişəm. Polis orqanları isə ona qarşı vaxtdında sərt tədbir görməyib. İndi məscid yandırıb. Yaxşı ki, daha böyük terror törətməyib”.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol