Əhaliyə xəbərdarlıq

Son günlər ölkə ərazisində hava şəraitinin qeyri-sabit və şaxtalı keçməsi mənzillərdə içməli sudan istifadə, su təchizatı sistemlərinin mühafizəsi məsələsini yenidən gündəmə gətirib.
ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, "Azərsu” ASC istehlakçıların diqqətinə çatdırır ki, "Sudan istifadə” Qaydalarının 6.4-cü bəndinə əsasən mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış sayğacların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına istehlakçı cavabdehlik daşıyır.
Yəni, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılımış sayğaclar istənilən kənar müdaxilə nəticəsində zədələnərək sıradan çıxarsa (sayğacların sındırılması, şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxması və s.) onların yenilərilə əvəzlənməsi abunəçilərin vəsaiti hesabına həyata keçiriləcək.
"Azərsu” ASC abunəçilərdən xahiş edir ki, qış aylarında, xüsusən şaxtalı günlərdə sayğacların donvurmadan qorunması üçün lazımi tədbirlər görsünlər.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi