• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir qol güləşdirdi - Video

Nazir qol güləşdirdi - Video
03.12.2014 17:23
 35 yaşlı Minayə Şirinova musiqiçidir - zurna çalır. Laçının Mais kəndində anadan olan Minayə Şirinova uşaqlıqdan bu sənətlə məşğuldur. Azərbaycanda bu musiqi alətində ifa edən yeganə xanım olan Minayənin gözləri görmür.
 
ANN.Az APA TV-yə istinadən xəbər verir ki, ailəsi ilə Ağcabədi rayonunda məskunlaşan Minayə Laçına getmək mümkün olsa, gözləri görmədən də evlərini tapa biləcəyini deyir: "Gözümü açandan bu sənətlə məşğulam. Atamdan öyrənmişəm. Əlillərin Ümumrespublika bədii yaradıcılıq müsabiqəsində 6 dəfə iştirak edib, qalib olmuşam. Əsas məqsədim odur ki, yaradıcılığımı axsatmayıb, irəli gedim".

Bu gün onların günüdür. Minayə ilə birlikdə bu günü dünyada bir milyarddan çox insan qeyd edir. Azərbaycanda isə sağlamlıq imkanları məhdud olan 530 mindən artıq şəxs var. Beynəlxalq Əlillər Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlillərin stolüstü idman oyunları üzrə IV ümumrespublika yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Nazir Səlim Müslümov əlilliyi olan şəxslərə dövlət qayğısının artırılmasının ölkəmizin sosial dövlət statusunun səciyyəvi cəhətlərindən olduğunu bildirib: "Onlar cəmiyyətin bir parçası olaraq qəbul edilməlidir. Onlara qarşı heç bir diskriminasiya hallarına yol verilə bilməz. Bu insanlar üçün bərabər imkanlar yaradılmalıdır və onlar cəmiyyətin tam üzvü kimi çıxış etməlidirlər. Hesab edirəm ki, Azərbaycan qoyulan bu konvensiyaları yerinə yetirir. Söhbət kiminsə kimə yazığı gəlməsindən yox, hər bir insanı özü ilə bərabər hiss etməsindən gedir".

Əlilliyi olan şəxslərin yaradıcılıq və idman qabiliyyətlərinin dəstəklənməsi sahəsində görülən işlərdən bəhs edən Səlim Müslümov bildirib ki, Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq şəraitində əlillərin stolüstü idman oyunları üzrə IV ümumrespublika yarışlarının təşkili də bu işlərin davamıdır. Nərd, dama, şahmat, stolüstü tennis və qol güləşi (armrestlinq) idman növləri üzrə zona yarışlarında min nəfərə yaxın şəxs arasında fərqlənən 103 nəfər, o cümlədən 95 nəfər əlil şəxs və 8 nəfər sağlamlıq imkanları məhdud uşaq final mərhələsində iştirak edib. Daha sonra yarışlarda I, II və III yerləri tutmuş şəxslərə mükafatlar, ümumən  yarışların final turunda iştirak edənlərin hər birinə pul mükafatları və təşəkkürnamələr təqdim olunub. Səlim Müslümov qol güləşçiləri ilə birlikdə yarışa da qatılıb.
 
 
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol