Bakıda 11-ci sinif şagirdi intihar edib

Bakıda məktəbli intihar edib.
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1998-ci il təvəllüdlü Əliyev Ceyhun Zaur oğlu özünü yaşadığı evin həyətindəki su çəninin borusundan mələfə ilə asıb. Onun meyitini ailə üzvləri aşkar edib.
C. Əliyevin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. O, 113 saylı orta məktəbin 11-ci sinfində oxuyurmuş.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























