• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Bank satışa çıxarıldı

Azərbaycanda Bank satışa çıxarıldı
04.12.2014 15:44
Azərbaycanda kapitalla bağlı ciddi problemi olan banklardan biri kapital problemini səhmdarını dəyişməklə həll edəcək. Fins.az-ın məlumatına görə, "Eurobank”ın səhmlərinin yarıdan çoxu kənar səhmdara satılacaq.

ANN.Az fins.az-a istinadən xəbər verir ki, bu barədə bankın baş mühasibi Həsən Bayramov məlumat verib. Onun sözlərinə görə, bankın satılmasına səbəb Mərkəzi Bankın məcmu kapitalla bağlı tələbinin (50 milyon manat) yerinə yetirilməsidir. Belə ki, hazırda bank sektorunda fəaliyyəti bir o qədər də hiss olunmayan "Eurobank”ın nizamnamə kapitalı 11 milyon manat, məcmu kapitalı isə 7,5 milyon manatdır. Banka bazarda qalmaq üçün 42,5 milyon manat pul lazımdır. Bankın indiki səhmdarları bu vəsaitin hamısını təmin etmək gücündə olmadığına görə, səhmlərin böyük hissəsini kənar səhmdara satmaq qərara alınıb. Artıq alıcı da məlumdur: "Səhmləri almaq istəyən hüquqi şəxsdir və ölkənin holdinqlərindən biridir. Amma hələ ki, onun adı açıqlanmır".

Yeni səhmdar "Eurobank"ın səhmlərinin 85%-nə sahib olacaq. Həsən Bayramovun sözlərinə görə, hazırda "Eurobank”ın səhmdarları 12 fiziki şəxsdir. Yeni səhmdarın gəlişi ilə əlaqədar olaraq indiki səhmdarların 6-sı öz payından imtina edəcək.

N.Bayramov bildirib ki, "Eurobank"əsas səhmdarının dəyişəcəyi ilə bağlı Azərbaycan Mərkəzi Bankı da məlumatlandırılıb: "AMB-ni məlumatlandırmışıq, heç bir problem yoxdur".
"Eurobank"ın səhmlərinin satılması Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin müəyyən etdiyi qaydalara uyğun olaraq Bakı Fond Birjasında həyata keçiriləcək. İlin sonuna qədər bu prosesin başa çatdırılması nəzərdə tutulub.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol