• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik məktəb direktorlarını tərbiyə məsələsində tənqid etdi

Nazirlik məktəb direktorlarını tərbiyə məsələsində tənqid etdi
05.12.2014 13:45
"Çox vaxt məktəb direktorları yalnız tədrisdən söhbət aparırlar. Ancaq tərbiyə məsələsinə diqqət etmirlər. Biz onlardan məktəbdə nə qədər zəif oxuyan, çətin tərbiyə olunan, eyni zamanda zərərli vərdişlərə meylli olan uşaqların sayını soruşduqda direktorlar bu suallara cavab verə bilmir".
 
APA-nın məlumatına görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov "Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşması" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
 
F. Qurbanov bildirib ki, məktəb direktorları bütün bunların hamısına xüsusi diqqət yetirməlidir: "Çünki bu gün nəinki bilikli, eləcə də mənəvi cəhətdən saf və tərbiyəli vətəndaş yetişdirməliyik. Eyni zamanda sağlamlığı zəif olan uşaqlara diqqət edilməlidir. Bu baxımdan ölkəmizin qarşısında mühüm vəzifələr durur. Uşaqlar təhsildə formalaşırlar. Çünki günlərinin çox hissəsini təhsil müəssisələrində keçirirlər. Buna görə də onların tərbiyəsi ilə ciddi məşğul olmaq lazımdır".

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol