• $
  • €
  • ₽
  • ₺
  • £

Sabah qar yağacaq

Sabah qar yağacaq
06.12.2014 15:38
Sinoptiklərdən xəbərdarlıq - ölkə ərazisində güclü külək gözlənilir


İstirahət günü ölkə ərazisində soyuq hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 7-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.

Cənub-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 2-4 dərəcəyə, gündüz 6-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 7-də arabir yağış yağacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10, bəzi yerlərdə 15 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.

Qeyd edək ki, ötən gün gözlənilən ava ilə bağlı xəbərdarlıq yayılıb. Xəbərdarlıqda deyilir ki, dekabrın 6-7-də ölkə ərazisində güclü küləkli hava şəraiti gözlənilir. Dekabrın 6-da əsən güclü şimal-qərb küləyi dekabrın 7-si gündüz güclü cənub-qərb küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü, güclü şimal-qərb küləyinin güclü cənub-qərb küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol