BP böyük ixtisara hazırlaşır?

Maliyyə direktoru: "Bəzi layihələr təxirə salına və ya ləğv edilə bilər
Böyük Britaniyanın BP şirkəti neftin dünya bazarında qiymətinin aşağı düşməsinə görə bir sıra layihələrin reallaşdırmasını dondura bilər.
ANS PRESS-in məlumatına görə, bunu BP şirkətinin maliyyə üzrə direktoru Brayan Qilvari İnfiltərənin "The Sunday Times" qəzetinə bildirib.
Onun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsi şirkətin uzunmüddətli planlarına təsir etmir, amma "bəzi layihələr təxirə salına və ya ləğv edilə bilər."
O deyib ki, bununla belə, əgər neftin qiyməti bir barelə görə 60-70 dollar səviyyəsinə düşərsə, şirkətin bununla bağlı ehtiyat variantı var.
B.Qilvari məlumat verib ki, şirkət iş yerlərinin ixtisarını keçirmək niyyətindədir. Bu, əsasən rəhbər heyət və orta dərəcəli menecerlərə aid ola bilər.
"Reuters" agentliyinin xəbərinə görə, şirkət ümumilikdə təqribən 84 min əməkdaşdan ibarətdir. Neftin qiymətinin son beş ayı ərzində 40 faiz azalıb və bir barelə görə 70 dollar qiymətindədir.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi