• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda "qızla öpüşən" oğlanı öldürən şəxsin işi məhkəmədə - FOTO

Bakıda "qızla öpüşən" oğlanı öldürən şəxsin işi məhkəmədə - FOTO
08.12.2014 17:05
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Fərrux Zeynalovun cinayət işi üzrə məhkəmə prosesinə start verilib. Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Məhkəməyə baxış dekabrın 15-nə  təyin edilib.
 
Qeyd edək ki, qətl hadisəsi bu il martın 2-də Yasamal rayonunda İ.Qutqaşınlı küçəsində qeydə alınıb. Bakı şəhər sakini Fərrux Zeynalov münaqişə zəminində Elçin Dəmirovu ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib. Cinayəti törədən Fərrux Zeynalov həbs olunduqdan sonra polisə bildirib ki, hadisə vaxtı o, parkda məşq edirmış. Həmin vaxt Elçin Dəmirovun qızlı öpüşdüyünü və buna görə ona irad tutduğunu deyən F.Zeynalov daha sonra məlum hadisəni törədib.
 
Onu da qeyd edək ki, oxu.az saytı olayla bağlı fərqli məlumat yayıb. Saytın məlumatına görə, Elçin Dəmirovla Fərrux Zeynalov arasındakı münasibətlərin gərginləşməsinin səbəbi başqa məsələ olub. Belə ki, E.Dəmirov bir qızla nişanlanıb. Qətli törədən Fərrux Zeynalov da həmin qızı sevib. Sevdiyi qızın nişanlandığından xəbər tutan gənc Elçin Dəmirova zəng vuraraq, onu görüşə çağırıb və məlum hadisəni törədib. Mənbənin sözlərinə görə, qətlə yetirilən Elçin Dəmirov istedadlı gənc olub. O, hətta oxuduğu ali məktəbdə prezident təqaüdünə layiq görülüb.
Məlumata görə, ölən Elçin Dəmirov 2010 cu ildə Bakı Dövlət Universitetinin "Tətbiqi Riyaziyyat” fakultəsini bitirib. Onun istədiyi qız isə hazırda  BDU-da "Kimya” fakultəsində təhsil alırmış.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol