• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisindən xanım sürücülərə xəbərdarlıq

Yol polisindən xanım sürücülərə xəbərdarlıq
09.12.2014 09:58
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) xanım sürücülərə müraciət edib.

ANN.Az "Report"a istinadən xəbər verir ki, BŞDYPİ-nin şöbə rəisi Vaqif Əsədov, son bir həftə ərzində keçirilən reydlər zamanı 16 xanım sürücünün yol polisinin qanuni saxlama işarəsinə riayət etməyərək tabesizlik göstərdiyini bildirib: "Sükan arxasında olan hər kəs qanuna riayət etməlidir. Tərtib edilmiş inzibati protokolları təhlil etdikdə xanım sürücülərin də məsuliyyətə cəlb olunması hallarını görürük. Müqayisə etsək, təhlükəsizlik kəmərindən xanımlar daha çox istifadə edir, nəinki kişi sürücülər. Ancaq sükan arxasında mobil telefonla daha çox danışmaq və yaxud diqqəti yayındıra biləcək digər əməllərin edilməsi xanım sürücülərə daha çox xas olan xüsusiyyətdir. Polisin qanuni tələblərinin yerinə yetirilməməsi tez-tez müşahidə edilir.
 
Son bir həftə ərzində əməkdaşlarımızın tərtib etdiyi raportlara nəzər saldıqda, 16 xanım sürücünün dislokasiya üzrə təhkim olunan ərazidə xidmət apararkən, yol polisinin "saxla" işarəsinə əhəmiyyət verməməsinin şahidi oluruq. Hər halda, həmin sürücülər də aşkar edilib məsuliyyətə cəlb olunacaq. Mənə verdiyiniz fürsətdən bir daha istifadə edərək xanım sürücülərə müraciət etmək istəyirəm ki, sükan arxasında olan zaman siz xanım yox, sürücüsünüz və yol polisinin bütün göstərişlərinə düzgün riayət etməlisiniz".

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol