• $
  • €
  • ₽
  • ₺
  • £

Rəşad Sadıqov : "İllərlə yadımızdan çıxmayacaq"

Rəşad Sadıqov : "İllərlə yadımızdan çıxmayacaq"
12.12.2014 11:47
"Hamımıza zənglər gəlirdi ki, bəs hakim niyə belə etdi? Baş hakim epizoda çox yaxın idi. O, 15 saniyə yan xətt hakiminin nə dediyini anlaya bilmirdi. Sonradan necə oldusa, yan xətt hakimi onu başa saldı ki, qol oyundan kənar vəziyyətdən vurulub".

Bu sözləri "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin son turunda 0:0 bərabərə qaldıqları "İnter"lə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

R.Sadıqov son dəqiqələrdə Riçard Almeydanın vurduğu qolun qeydə alınmamasının onlara çox pis təsir etdiyini bildirib: "Bəlkə də, belə fürsət mənim üçün bir də olmayacaq. Əlimizdən gələn hər şeyi etdik. Qalib gəlmək üçün çox istəkli idik. Lakin alınmadı. Söz tapmıram danışmağa. Çox deyirdilər ki, "Qarabağ"ın artıq iki heyəti var. Ancaq bu oyunda meydana buraxmağa futbolçumuz yox idi. Meydançaya müdafiəçi daxil olurdu. Braziliyalıların hesabına oynadığımızı söyləyirdilər. Amma braziliyalılardan cəmi bir nəfər qalıb. Heyətimizdə də çox problemler var. "Neftçi" ilə oyunda da, bu görüşdə məcburiyyətdən eyni heyətlə oynayırdıq. Dəyişiklik etməyə imkanlarımız olmadı. Amma fikirləşirəm ki, bu görüşdə çox ağıllı oynadıq.

Bilirdik ki, "İnter"in gənc oyunçuları məşqçiyə özlərini sübut etməyə çalışacaqlar. Biz də ağıllı oynayaraq, rəqibi əks hücumda yaxalamağa çalışırdıq. Yaxşı hücumlarımız da oldu. Rəqib isə əksinə qapımıza heç bir hücum edə bilmədi. Bəlkə də, qol olmasaydı adam bu qədər heyfslənməzdi. Qolun qeydə alınmaması bizi çox məyus etdi. Bəlkə də həmin epizod illərlə yadımızdan çıxmayacaq. Bəlkə də Azərbaycan klublarının heç belə bir şansı olmayacaq. "İnter"in futbolçusu da matçdan sonra deyirdi ki, həmin epizodda oyundan kənar vəziyyət yoxdur. Mən də baş hakimə yaxınlaşdım ki, özləri deyirlər ki, təmiz qoldur. Amma artıq qərar dəyişə bilməzdi. Bütün komandaya təşəkkürümü bildirmək istəyirəm. Bu qədər təzyiq qarşısında belə bir adlı-sanlı komandaya qarşı lazım olan oyunu oynadılar və sonacan mübarizə apardılar. Bu qrupda keçirdiyimiz ən yaxşı oyun idi". //Qol.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol