• $
  • €
  • ₽
  • ₺
  • £

Pensiyaların hesablanmasında - Yenilik

Pensiyaların hesablanmasında - Yenilik
15.12.2014 18:05
Azərbaycanda gələcəkdə əlilliyə görə ödənilən pensiyaların məbləği itirilmiş əmək qabiliyyətinin dərəcəsinə görə veriləcək. Azərbaycanın tətbiqini planlaşdırdığı yeni sistemin şərtlərinə əsasən, pensiyaçı yalnız sağlamlığının itirdiyi hissəsinə görə pensiya alacaq. Hazırda bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilkin hazırlıq işləri görür.
 
ANN.Az "Report"a istinadən xəbər verir ki, bunu əmək və əhalini sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə bildirib.

"Bu gün əmək qabiliyyətini itirmiş insanlara, I, II və III qrup əlillərə müqtləq şəkildə yanaşırıq. Amma sabah yeni sistemə keçəndə müəyyən olsa ki, bu insanın sağlamlığına dəymiş zərər nəticəsində əmək qabiliyyətinin, məsələn, 65%-ni itiribsə, deməli onun gəlirlərinin 65%-i kompensasiya olunacaq. Əmək qabiliyyətinin qalan 35%-i qarşılığında isə həmin şəxs gedib işləməli və gəlir əldə etməlidir. Bu sistemin formalaşmasına çalışırıq", - deyə nazir bildirib.

S.Müslümov qeyd edib ki, hazırda ölkədə əlilliyə görə pensiya alanların 80%-i II qrup əlilləridir: "Bu qrupda pensiyanın baza hissəsi tam verilir və qazandığı vəsaitə uyğun da sığorta hissəsi müəyyən olunur. Lakin III qrupda 50% verilir, I qrupda isə şəxsin işləmək imkanı yoxdur və mövcud sistem bunu təmzimləmək imkanı vermir".

Nazir əlavə edib ki, əlilliyi olan şəxslərin işlə təmin olunması üçün dövlət tərəfindən müvafiq şərait yaradılıb: "İşçilərinin sayı 10 nəfərdən artıq olan təşkilatlarda iş yerlərinin 3%-dək hissəsi əlilliyi olan şəxslər üçün ayrılmalıdır".

Nazir bununla yanaşı yeni sistemə keçid zamanı müvafiq cərimələrin də tətbiq ediləcəyini istisna etməyb. "Dünya təcrübəsi göstərir ki, əlilliyi olan şəxslər üçün ayrıca iş yerlərinin açılması daha önəmlidir. Əgər gözləri görməyən insan sürücü ola bilməsə də, müəllim ola bilər. Yəni, ona uyğun iş tapmaq lazımdır ki, o, cəmiyyətdə yerini tapıb, çalışmağa davam etsin. Təbii ki, əmək qabiliyyətinin 100%faizini itirməyibsə".

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol