• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bayramla bağlı yarmarkalar açılacaq - Siyahı

Bakıda bayramla bağlı yarmarkalar açılacaq - Siyahı
15.12.2014 18:13
Bakıda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar paytaxt  əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə yarmarkalar keçiriləcək.
 
Kənd Təsərrüfatı Nazirliyinin təşkil edəcəyi kənd təsərrüfatı məhsullarının satış yarmarkaları 27-31 dekabr 2014-cü il tarixlərində  fasiləsiz olaraq 5 gün müddətində keçiriləcək

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yarmarkalar paytaxtın aşağıdakı rayonlarında və ünvanlarında təşkil olunacaq:

Xətai rayonu - Ukrayna dairəsinin yanı;
Nəsimi rayonu - S.Vurğun küçəsi 73, Təzə Bazarın ərazisi;
Yasamal rayonu - Şərifzadə küçəsi 1, Rabitə kollecinin arxası;
Nərimanov rayonu – "Gənclik” metrostansiyasının yanı;
Səbail rayonu - Badamdar qəsəbəsi, Seyran Məmmədov  küçəsi 1, Məktəbin arxası;
Suraxanı rayonu - Yeni Günəşli qəsəbəsi, "V” yaşayış massivi; - Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi 12;
Binəqədi rayonu - Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı.

Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunub və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər.

Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol