• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Sabirabad rayonuna səfər edib

İlham Əliyev Sabirabad rayonuna səfər edib
15.12.2014 21:23
Bu gün prezident İlham Əliyev Sabirabad rayonuna səfər edib.

APA-nın məlumatına görə, dövlət başçısı rayonda bir sıra infrastruktur və sosial təyinatlı obyektlərin açılışında iştirak edib. Prezident İlham Əliyev Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun açılışında iştirak edib.
 
Daha sonra prezident İlham Əliyev Sabirabad şəhərində əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Evində yaradılan şəraitlə tanış olub. Sabirabada səfəri çərçivəsində dövlət başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında da iştirak edib.
 
Sonra Azərbaycan prezidenti İlham Əliyev Sabirabad şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib. Dövlət başçısı ölkə üçün indiyədək əsas problemlərdən biri olan içməli su məsələsinin həlli ilə bağlı genişmiqyaslı işlər görüldüyünü deyib. Azərbaycan prezidenti ölkədə sosial məsələlərin əsas prioritet olduğunu deyərək bu sahədə Sabirabadda görülən işlərdən razılığını ifadə edib. Bildirib ki, dövlət bütün sosial layihələrin həyata keçirilməsinə bundan sonra da dəstək verəcək.
 
Daha sonra prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sabirabad regional "ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. Prezident İlham Əliyev binada yaradılan şəraitlə tanış olarkən bildirilib ki, "ASAN xidmət” mərkəzinin fəaliyyətindən Sabirabad da daxil olmaqla Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Salyan, Beyləqan rayonlarının və Şirvan şəhərinin 900 minə yaxın sakini yararlanacaq. Artıq "ASAN ödəniş” sisteminin tətbiqinə başlanılıb. Yaxın gələcəkdə ödəniş terminallarının ictimai yerlərdə quraşdırılmasına başlanacaq.
 
Dövlət başçısı səyyar "ASAN xidmət” avtobuslarında yaradılan şəraitlə də tanış olub. Ən müasir server və şəbəkə avadanlığının quraşdırıldığı bu avtobuslarla 2014-cü ildə 25 məntəqədə 30 rayonun əhalisinə səyyar xidmət göstərilib. Bu çərçivədə edilən 59 mindən çox müraciətin 90 faizə yaxını təmin olunub. Qeyd edilib ki, mərkəzdə 50 avtomobil tutumu olan dayanacaq tikilib.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol