• $
  • €
  • ₽
  • ₺
  • £

Tikinti üçün sənədlərin alınması asanlaşdırıldı

Tikinti üçün sənədlərin alınması asanlaşdırıldı
16.12.2014 14:53
ANN.Az Fins.az-a istinadən xəbər verir ki, bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertizası Baş İdarəsinin yeni inzibati binasının açılışı olub.

Açılışda fövqəladə hallar naziri Kəmaləddin Heydərov iştirak edib. Nazir yeni inzibati binada yaradılan şəraitlə tanış olub.

Açılış mərasimində qeyd edilib ki, yaşayış və qeyri-yaşayış binalarının tikintisi məqsədilə lazımi rəyin alınması üçün vətəndaşlar və hüquqi şəxslərin işi bundan sonra daha asan olacaq.

Onlar müvafiq sənədlər üçün artıq bir neçə təşkilata getmək məcburiyyətində qalmayacaqlar. Belə ki, yeni inzibati binada FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertizası Baş İdarəsinin əməkdaşları ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun Mühəndis Geologiyası Mərkəzinin, FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi, eləcə də Dövlət Yanğın Nəzarəti Xidmətinin nümayəndələri də fəaliyyət göstərəcəklər.

Hündürlüyü 12 metrdən yuxarı olan yaşayış və qeyri-yaşayış sahələrinə aid binalar üçün buradan müvafiq rəylər alınacaq.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol