• $
  • €
  • ₽
  • ₺
  • £

Eyni və oxşar adlı KİV-in yaradılmasını qadağan edildi

Eyni və oxşar adlı KİV-in yaradılmasını qadağan edildi
16.12.2014 15:16
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında "Kütləvi informasiya vasitələri haqqında” qanuna əlavə və dəyişiklik müzakirəyə çıxarılıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, layihəyə görə, qanunun 3-cü maddəsinə (Əsas anlayışlar) "oxşar ad” termini əlavə edilir və onun təsnifatı göstərilir: "Oxşar ad - əvvəllər uçota alınmış mətbu nəşrin adının digər təsisçi tərəfindən xarici dilə tərcüməsi və ya yalnız adındakı sözlərin yerinin dəyişdirilməsi ilə fərqlənən, həmçinin simvolun və ya simvolu ifadə edən sözün əlavə edilməsinə baxmayaraq, mətbu nəşrin adları ilə eynilik təşkil edən adlar". Əlavənin mahiyyəti ondan ibarətdir ki, mövcud olan media orqanının adına oxşar yeni KİV-in yaradılmasını qadağan edilir.

Bundan başqa, layihədə xarici ölkənin fiziki və hüquqi şəxsləri tərəfindən maliyyələşdirilən KİV-in fəaliyyətinə xitam verilməsi də nəzərdə tutulur.

Qərəzli yazılara görə haqsız olduğuna dair barəsində məhkəmə tərəfindən il ərzində 2 dəfə qərar verilən media orqanının dərcinə və yayımına xitam verilməsi barədə qanuna dəyişiklik edilməsi təklifi də müzakirəyə təqdim olunub. Hazırda bu il ərzində 3 dəfədir.

Layihənin müzakirəsi mübahisələrə səbəb olub.

Deputat İqbal Ağazadə isə dəyişikliklərə ehtiyac olmadığını bildirib: "Çünki dəyişikliklərin heç biri fundamental deyil. Azərbaycanda kifayət qədər omonim söz var, o mənada oxşar adlardan istifadə edilərək yeni media orqanı yardıla bilər”. Deputat KİV-in istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi ilə bağlı müddəanı da doğru saymayıb.

Deputat Zahid Oruc isə qanunun mürtəce xarakter daşımadığını deyib və qəbul olunmasına tərəfdar çıxdığını bildirib: "Özlərini "mücahid” kimi təqdim edənlər əslində hansısa kəşfiyyat orqanlarına xidmət edirlər. İndiyə qədər qanunun 3 dəfə məhkəmə qərarından sonra fəaliyyətinə xitam verilməməsi işləməyibsə, bundan sonra işləyəcək. Ancaq bağlanma məsələsi də birmənalı göstərilməyib. Ola bilər ki, məhkəmə iddiası qaldırılsın və bəraət alsın”.

Deputat Tahir Rzayev də KİV-in fəaliyyətinin dayandırılmasının tərəfdarı olmadığını deyib: "Ancaq bəzən adam mətbuat yazılarına dözə bilmir. Bu günlərdə 74 deputat lal deputat kimi qələmə verilib. Düzdür, mən saytın rəhbərinə zəng edib iradımı bildirdim. Ancaq bu, qəbul olunmazdır ki, ağsaqqal insanlar təhqir olunur. Məni təhqir edəni, mənim şəxsiyyətimə toxunanı niyə mən təhqir etməməliyəm, onunla bağlı ölçü götürülməsini istəməməliyəm?”

Deputat Siyavuş Novruzov isə bildirib ki, burada heç bir məhdudiyyətdən və çətinlikdən söhbət getmir: "Sadəcə, məsələ konkretləşdirilir. Tənqid elə, sözünü den, amma təhqir eləmə, başqasının haqqına girmə. O zaman kimin səninlə nə işi var?”

Spiker Oqtay Əsədov deyib ki, o da "lal deputatlar”ın siyahısına baxıb: "Çox mənasız siyahı idi. Ordakıların əksəriyyəti beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin  üzvüdür. Parlamentin xaricdə də işləri var”.

Vitse-spiker Bahar Muradova deyib ki, hər bir mətbuat nümayəndəsi öncə Azərbaycan vətəndaşıdır: "Mən də çox istərdim ki, Azərbaycan haqqında dünyada gedən yaxşı məlumatlarla yanaşı, mənfi məlumatlarla bağlı Azərbaycanın maraqları təmin olunsun”.

Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol