• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı bəstəkar “Grammy” mükafatı ala bilər

Azərbaycanlı bəstəkar “Grammy” mükafatı ala bilər
16.12.2014 16:31
Beynəlxalq "Grammy” mükafatına "Klassik musiqi” nominasiyasında namizədlərin adları açıqlanıb. Azərbaycan musiqi ictimaiyyəti üçün çox əlamətdar hadisədir ki, üç namizəddən biri dünya şöhrətli bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadədir.

Beynəlxalq "Grammy” mükafatı musiqi sahəsində dünyanın ən məşhur mükafatı sayılır və "Oskar”ın musiqi variantı hesab edilir.

ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, Bəstəkarlar İttifaqından bildirilib ki, Azərbaycan bəstəkarlıq məktəbi tarixində ilk dəfədir ki, bəstəkarımız belə məşhur mükafata namizəd göstərilir.

Bu xəbərə münasibət bildirən Firəngiz Əlizadə deyib: "Mən bu şad xəbəri "Hans Sikorski” yayım evinin xəbər lentindən əldə etdim. Orada üç bəstəkarın adı qeyd edilib. Bunlardan biri müasir musiqi sahəsində böyük müvəffəqiyyətlər əldə etmiş ən məhsuldar bəstəkarlardan olan amerikalı Lera Auerbaxdır. Digər bəstəkar Meçislav Vaynberq yaşlı nəslin nümayəndəsidir və onun "Anna Frankın gündəliyi” operası dünyanın bir çox ölkəsində səhnəyə qoyulub.

Fəxrlə deyə bilərəm ki, bu üç namizəddən biri olmaq mənim üçün böyük uğurdur. Bu mükafatı almağa nə qədər şansımın olduğunu deyə bilmərəm, lakin 2015-ci il fevralın 8-də keçiriləcək təqdimat mərasiminə artıq dəvət almışam. Mənim üçün əlamətdar məqam odur ki, bu ali mükafata məşhur amerikalı skripkaçı, meqa-star Hillari Hanın "Deutsche Grammofon”da işıq üzü görən, musiqilərimdən ibarət alboma görə namizəd göstərilmişəm ”.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol