• $
  • €
  • ₽
  • ₺
  • £

Rublun ucuzlaşmasının Azərbaycana təsirləri - Ekspert

Rublun ucuzlaşmasının Azərbaycana təsirləri - Ekspert
17.12.2014 10:31
"Hesab edin ki, artiq rus rublunun dəyərini 60% itirib. Dünənə qədər 48% idi. Bu gün günortaya qədər 10% idi, indi daha 2%-ə yaxın ucuzlaşma gedib”.

ANN.Az AzNews.az-a istinadən xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert İlham Şaban Rusiyada baş verən iqtisadi böhrana münasibət bildirərkən deyib. Onun sözlərinə görə, qonşu ölkədə baş verən proseslər şok effekt verəcək:

"İlin əvvəlində ayda 1000 dollar rubl ekvivalenti ilə qazanan azərbaycanlı qastrabayter deyək, orada çalışan deyək, indi ilin sonunda birdən-birə 400 dollar qazanır və son da görsənmir... Bu, əslində, dəhşətli bir şokdur, çünki, nəzərə alsaq ki, azərbaycanlıların əksər hissəsi ticarət və xidmət sahəsində cəmləşib və məhz bu cür kataklizmlər vaxtı insanlar qənaəti mümkün qədər o sahələrdə edir. Ən pisi isə odur ki, Rusiyada bu saat biznesin daralması müşahidə olacaq ki, bu da insanlarda pul kütləsinin azalmasından gələn bir məsələdir”.

Ekspertin fikrincə, bu məsələdə neft vəsaitlərinin azalması bu prosesdə əsas amildir:
"Təbii ki, neft vəsaitlərinin 2 dəfədən azalması faktoru burada əsas amildir. Və Rusiyadan katastrofik həcmdə çıxarılan kapital - bu il 120-130 mlrd dollar təxmin edilir. Bu da Krıma görə Rusiyanın cəmi 6 ayda (sanksiyalar onun iqtisadiyyatına 01.07.2014-dən tətbiq edilib). İndi təsəvvür edin 1 ildən sonra Rusiyanın aqibətini”.

İlham Şaban hesab edir ki, Rusiyada baş verən bu dəhşətli proses Azərbaycana da çox ciddi təsirlər göstərəcək: "2013-cü ildə Azərbaycana təkcə köçürmə yolu ilə 1 mlrd dollar Rusiyadan vəsait göndərilib. Nağd nə qədər gətirilirdi? Çətinlik çəkirəm bir rəqəm söyləməyə, ancaq ara-sıra kriminal xəbərlərdə elə pul məbləğləri sərnişinlərdən tuturdular ki, adam heyrətlənməyə bilmir. Fakt isə bundadır ki, cari ildə və gələn ildə Azərbaycana Rusiyadan gətirilən vəsait artıq 2 dəfədən azalacaq ki, bu da ölkənin daxili bazarına təsirsiz ötüşməyəcək”.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol