• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın 3 universiteti dünyanın ən yaxşıları arasında

Azərbaycanın 3 universiteti dünyanın ən yaxşıları arasında
17.12.2014 10:39
Reytinq 30 ölkəni əhatə edir.

Quacquarelli Symonds (QS) agentliyi Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrinin ali məktəblərinin yeni reytinqini açıqlayıb.

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, 100 ali məktəbin yer aldığı "QS University Rankings: İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya 2014/15” reytinqdə Azərbaycanın üç ali məktəbi – Bakı Dövlət Universiteti, Qafqaz və Xəzər universitetləri də var. Ali məktəblər müvafiq olaraq 39.4, 38.5 və 39.6 balla 71-80 ci yerdədirlər.

Quacquarelli Symonds (QS) agentliyinin reytinqi ali məktəblərin qlobal reytinqləri arasında ən nüfüzlusudur. Reytinq 30 ölkəni əhatə edir: Albaniya, Ermənistan, Azərbaycan, Belarus, Bosniya və Hersoqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya, Macarıstan, Gürcüstan, Qazaxıstan, Kosovo, Qırğızıstan, Latviya, Litva, Makedoniya, Moldova, Çernoqoriya, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan, Ukrayna.

Reytinqdə ilk onluğa Azərbaycanda da filialı olduğu M.V. Lomonosov adına Moskva Dövlət Universiteti başçılıq edir.

Onluğa həmçinin Varşava Universiteti (Polşa), Tartuskiy Universiteti (Estoniya), Praqada Çexiya Texniki Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, Yagellonskiy Universiteti (Polşa), Yaxın Şərq Texniki Universiteti (Türkiyə) və Masarikov Universiteti (Çexiya) daxildir.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol