• $
  • €
  • ₽
  • ₺
  • £

FİFA-nın yeni reytinq cədvəli - SİYAHI

FİFA-nın yeni reytinq cədvəli - SİYAHI
28.05.2020 21:49
FİFA millilərin reytinq siyahısını açıqlayıb.

ANN.Az Apasport.az-a istinadən xəbər verir ki, hesabında 215 xal olan Azərbaycan yığması siyahıda 135-ci pillədə qərarlaşıb.

Bununla, komandamızın FİFA-nın reytinq cədvəlində enişi başa çatıb. Son 3 ayda açıqlanan siyahılarda hər dəfə aşağı yuvarlanan və nəticədə 62 pillə geriləyən millimiz bu dəfə mövqeyini qoruyub.

209 ölkə arasındakı 135-ci yeri Tacikistanla bölən komandamız kimi, əksər yığmalar üçün də ciddi dəyişiklik olmayıb. Buna səbəb noyabrın 27-dən sonra yığmalar səviyyəsində çox az sayda matç baş tutub. 12 addımlıq sıçrayışa nail olan Maldiv adaları artıq millimizi keçib. Əvəzində bizdən öndə olan Əfqanıstan geriləyib və artıq millimizə aşağıdan yuxarı baxır. Ümumiyyətlə isə siyahıdakı cədvəldə  "qonşularımız” cüzi yerdəyişmələr edib.

 Millimiz və "qonşuları”
130 (142). Maldiv adaları – 220
130 (128). Filippin - 220
132 (130). Lixtenşteyn – 219
133 (131). Qvineya-Bisau – 218
134 (133). Yeni Zelandiya - 216
135 (135). AZƏRBAYCAN – 215
135 (134). Tacikistan – 215
137 (138). Vyetnam – 211
137 (141). Mavritaniya - 211
139 (139). Qazaxıstan - 205
140 (145). Sent-Lusiya – 202

İlk "onluğ”un tərkibində isə heç bir dəyişiklik olmayıb. Son dünya çempionu və finalçısı ilk iki pillədə yerlərini qoruyub.

İlk "onluq”
1 (1). Almaniya – 1725
2 (2). Argentina – 1538
3 (3). Kolumbiya – 1450
4 (4). Belçika – 1417
5 (5). Hollandiya - 1374
6 (6). Braziliya – 1316
7 (7). Fransa – 1160
7 (7). Portuqaliya - 1160
9 (9). İspaniya - 1142
10 (10). Uruqvay – 1135

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibimizin də xalı dəyişməz qalıb. Amma onlardan birinin mövqeyi dəyişib. Malta yığması KXDR-ın 13 pilləlik enişi sayəsində 1 addım irəliləyib.

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu
11 (11). İtaliya – 1103
19 (19). Xorvatiya – 946
66 (66). Bolqarıstan - 506
67 (67). Norveç - 500
135 (135). AZƏRBAYCAN – 215
147 (148). Malta – 166

Qeyd edək ki, qonşu Türkiyə yığmasının hesabında yenə 604 xal olsa da, "ay-ulduzlular” 1 pillə geriləyib və artıq siyahıda 49-cudu.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol