• $
  • €
  • ₽
  • ₺
  • £

“Bank of Baku” “Caspian European Club” təşkilatına daxil oldu! - FOTO

“Bank of Baku” “Caspian European Club” təşkilatına daxil oldu! - FOTO
19.12.2014 10:00
"Bank of Baku” nüfuzlu yerli və xarici şirkətlərin təmsil olunduğu "Caspian European Club” təşkilatına daxil olub.

 "Bank of Baku” "Caspian European Club”-da qızıl üzv qismində təmsil olunacaq. Üzvlük barədə xüsusi sertifikat "Bank of Baku”-nun Müşahidə Şurasının sədri Elçin İsayevə təqdim edilib. Sertifikatı klubun iclasında iştirak edən Azərbaycan Respublikası Maliyyə Naziri Samir Şərifov təqdim edib. "Bank of Baku”-nun Müşahidə Şurasının sədri Elçin İsayev bildirib ki, bank klubun üzvü olan nüfuzlu şirkətlər arasında olmaqdan məmnundur. "Əminik ki, klub çərçivəsində aparılan ünsiyyət və əməkdaşlıq bütün iştirakçılar üçün faydalı olacaq. "Caspian European Club” biznesin təşəkkülü, inkişafı və əlaqələndirilmiş fəaliyyəti istiqamətində uğurlu platforma rolunu oynayır və biz burada yeni tərəfdaş və dostlar qazanmağa şadıq”,-deyib Elçin İsayev.

"Caspian European Club” klubu öz sıralarında 50 ölkədən olan 5000-dən çox şirkət, maliyyə təsisatı və korporasiyanı birləşdirir. Klubun əsas məqsədi iqtisadiyyat, enerji, kömrük,vergi, ekologiya sahəsində ortaq proqramların işlənib hazırlanmasıdır. "Caspian European Club” klubu əsasən Xəzər, Qara dəniz və Baltika regionlarında fəaliyyətə xüsusi üstünlük verir.

Bu gün "Bank of Baku” Azərbaycanın aparıcı innovativ banklarından biridir. Bankın məhsul və xidmətləri yüz minlərlə Azərbaycan istehlakçısı tərəfindən böyük rəğbət qazanıb və geniş istifadə olunur.

"Bank of Baku” barədə daha ətraflı məlumat:

145 Məlumat Mərkəzi

www.facebook.com/bankofbaku

www.bankofbaku.com

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol