• $
  • €
  • ₽
  • ₺
  • £

Qafqazın ən böyük məscidinin açılış tarixi bəlli oldu

Qafqazın ən böyük məscidinin açılış tarixi bəlli oldu
19.12.2014 13:15
Paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində inşa edilən Cənubi Qafqazın ən böyük məscid kompleksində son tamamlanma işləri başa çatıb.

Simsar.az-ın məlumatına görə, məscidə gələn yollar da yenidən təmir olunub. Dini abidə-kompleksi açılış günü üçün tam hazır vəziyyətdədir.

Kompleksdən o da bildirilib ki, məscidin açılışı dekabrın 24-də keçiriləcək. Mərasimə prezident İlham Əliyev də qatılacaq. Ölkə başçısının gəlişi ilə əlaqədar bütün təhlükəsizlik tədbirləri həyata keçirilib.

Qeyd edək ki, məscid prezident İlham Əliyevin "Bakı şəhərində yeni məscid kompleksinin tikintisi ilə bağlı tədbirlər haqqında” 2012-ci il 18 avqust tarixli Sərəncamı ilə inşa olunur. Tikintisinə 2012-ci ildə başlanan məscid dörd hektar ərazini əhatə edir. Məscid kompleksi eyni vaxtda 2 mindən artıq insana xidmət edəcək. Layihədə ibadət evinin həyətində avtomobillər üçün dayanacaqlar da nəzərdə tutulub.

Məscidin 4 minarəsinin hər birinin hündürlüyü 72 metr, baş günbəzin hündürlüyü 55 metr, ikinci günbəzin hündürlüyü isə 35 metirdir. Məscidin fasadında və daxilində Şirvan memarlıq ənənələrinə uyğun olaraq oymalarla ayələr və surələr yazılacaq. Məscidə xüsusi gözəllik verəcək üç şərəfəli minarələrin içərisində xüsusi lift işləyəcək.

Məscidin əsas salonu 900 kvadratmetr, qadınlar üçün nəzərdə tutulan salon isə 350 kvadratmetrdir.

Məscidin ətrafında olan zeytun ağaclarından ibarət bağın ərazisində müasir standartlara uyğun park salınıb.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol