• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda terror qurbanlarına xüsusi status veriləcək

Azərbaycanda terror qurbanlarına xüsusi status veriləcək
19.12.2014 16:53
Azərbaycanda terror qurbanlarına xüsusi statusun verilməsi nəzərdə tutulur.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli bildirib.

Onun sözlərinə görə, vətəndaş cəmiyyəti adından bununla bağlı parlamentə məktub daxil olub və komitə təklifi dəstəkləyir: "Qeyd olunan statusun verilməsində terror qurbanlarına şəhid statusu verilməsi təklif olunsa da, komitə məsələdən irəli gələrək daha münasib variant seçib. Bu, terror qurbanlarına tamamilə ayrı, xüsusi bir statusun verilməsidir. Çünki şəhidlər bilərəkdən döyüşlərdə şücaət göstərən, yaxud daha çox müharibə şəraitində olur. Amma terror müharibə olmayan yerlərdə, yaxud insan özü bilmədən də ona rast gələ bilər”.

H.Rəcəbli bildirib ki, komitə bu təklifi məktub şəklində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir və bununla bağlı layihənin hazırlanması üçün nazirliyin maliyyə tutumu ilə bağlı rəyini öyrəndikdən sonra ona müvafiq qanun layihəsi hazırlanacaq. Layihə "Terrorizmə qarşı mübarizə haqqında” qanuna əlavələrdən ibarət olacaq.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol