• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının ikinci bulvarı - Fotolar

Bakının ikinci bulvarı - Fotolar
29.05.2020 06:13
Bakının ikinci bulvarı salınır.

ANN.Az "Azərbaycan" qəzetinə istinadən xəbər verir ki, Böyükşor gölü nümunəvi istirahət yerinə çevrilir.

Abşeron yarımadasında olan 9 belə göldən ən böyüyü və daha mürəkkəb çirklənməyə məruz qalan Böyükşor gölünün bərpasının ilkin mərhələsi başa çatmaq üzrədir. Hələ sovet dövründə Böyükşora sənaye, məişət tullantıları və çirkli lay suları, neft qalıqları axıdılıb. Gölün neftlə çirklənmiş əsas hissəsi Balaxanı qəsəbəsi tərəfidir. Bura İkinci Dünya müharibəsi zamanı xam neft üçün açıq anbar ərazisi kimi istifadə edildiyindən son dərəcə acınacaqlı vəziyyətdə idi. Təmiz ərazilər və şəffaf su hövzələrində rast gəlinən köçəri quşlar da burada "lövbər” salmağa başlayıb. Gölə axıdılan 76 kanalizasiya mənbəyinin sayı 44-ə qədər azaldılıb və digər çirklənmə mənbələrinin qarşısı alınıb. Cənub sahili boyunca çirkli suların qarşısının alınması üçün məişət kanalizasiya xətti çəkilib. Balaxanı neft yataqlarından gölün bu hissəsini çirkləndirən neft tullantılarının qarşısının alınması üçün 1850 metr uzunluğunda xüsusi bənd inşa edilib.

Uzun illər gölə axıdılan və artıq onun dibinə çökərək qalın təbəqə əmələ gətirən tullantıların təmizlənməsi üçün Hollandiyadan xüsusi avadanlıq gətirilib. Qurğunun gölün dibindən çıxardığı çöküntülər nasos vasitəsilə 4,5 kilometr aralıdakı 3 anbara vurulur.

Olimpiya stadionu inşa edilən ərazinin, yəni gölün şərq hissəsini əhatə edən 300 hektara yaxın sahənin bərpası işi birinci mərhələ çərçivəsində - 2015-ci ilin may ayınadək tamamlanacaq. Artıq gölün Olimpiya Stadionu olan sahilində bulvar salınır. Gəzinti ərazisi tamamilə betonlanıb. 2015-ci ilin əvvəlində bulvar hazır olacaq və burada fontanlar quraşdırılacaq. Bulvarın uzunluğu 1 kilometr, eni isə 60 metrdən 100 metrədək olacaq. Beləliklə, Böyükşor bulvarı Bakının ikinci bulvarı olacaq. Gölün Ziya Bünyadov prospekti tərəfi, yəni cənub sahilində isə park salınacaq.

Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələnin 2015-2020-ci illərdə həyata keçirilməsi planlaşdırılır. Artıq 2015-ci ilin sonunda istifadəsi nəzərdə tutulan Böyükşor gölünün üzərindən keçəcək 8 xətli magistral yol üçün bəndin kənar xətləri inşa olunub.

ANN.Az
 
 


Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol