• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ən çox yayılan qeyri-infeksion xəstəliklər - Siyahı

Azərbaycanda ən çox yayılan qeyri-infeksion xəstəliklər - Siyahı
22.12.2014 16:45
Azərbaycanda ilk dəfə olaraq, qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair strategiya layihəsi hazırlanıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanan və hazırda müzakirə mərhələsində olan strategiya layihəsi 2020-ci ilə qədər olan dövrü əhatə edir.

Strategiya layihəsinin əsas məqsədi müvafiq qurumlarla birgə görülən tədbirlər vasitəsilə əhalinin sağlamlığının yaxşılaşdırılmasına nail olmaqdır. Bununla yanaşı, strategiyanın əsas məqsədlərindən biri ölkədə qeyri-infeksion xəstəliklər səbəbindən vaxtından əvvəl baş verən ölüm hallarının 15 faiz azalmasına nail olmaqdır. Qeyri-infeksion xəstəliklər üzrə strateji idarəetmənin təkmilləşdirilməsi də yeni sənəddə qarşıya qoyulan məqsədlərdəndir. Strategiya layihəsinə görə, səhiyyə sisteminin bütün sahələrində qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti ilə bağlı bərabərlik prinsipinə əsaslanan əlçatan, keyfiyyətli xidmətlərdən, o cümlədən səmərəliliyi sübut olunmuş skrininq proqramları, profilaktika, müalicə, reabilitasiya, palliativ qayğıdan istifadənin mümkünlüyünü təmin etməklə, əhalinin bu xidmətlərlə hərtərəfli əhatə olunması istiqamətində irəliləyişlərə nail olunacaq. Strategiyaya əsasən, qeyri-infeksion xəstəliklərlə bağlı tədqiqat və təbliğat işləri aparılacaq, bu xəstəliklərin risk faktorlarının qarşısının alınması və nəzarəti üzrə informasiya sistemləri gücləndiriləcək.

Nazirlik hesab edir ki, risk faktorları - tütünçəkmə, spritli içkilərdən istifadə, fiziki aktivliyin, sağlam qidaların olmaması dəyişilə bilən faktorlardır. İnsanlar özləri bu faktorların qarşısını ala bilərlər. Bunların azaldılması üçün bərabərlik prinsipinə əsaslanan səmərəli tədbirlər həyata keçirilə bilər. Nəzərdə tutulub ki, qeyri-infeksion xəstəliklərin qarşısının alınması üçün tədbirlər müvafiq qurumlarla birgə həyata keçirilsin, əsas maraqlı tərəflərin effektiv sektorlararası əməkdaşlığı yaradılsın.

Qeyd edək ki, bu strategiya layihəsi hazırlanmamışdan əvvəl Azərbaycanda əhali arasında qeyri-infeksion xəstəliklərin risk faktorları araşdırılıb.

Məlum olub ki, ölkədə ən çox yayılmış 4 qrup qeyri-infeksion xəstəlik var ki, bunlar da ürək-damar sistemi, onkoloji, şəkərli diabet və ağciyərlərin xroniki xəstəlikləridir. Qeyri-infeksion xəstəliklərin risk faktorları əsasən tütünçəkmə, qeyri-sağlam qidalanma, fiziki aktivliyin olmaması və s.-dir.

Tədqiqatların nəticələrinə görə, əhali arasında yüksək qan təzyiqi də kifayət qədər yayılıb. Artıq çəki və piylənmə Azərbaycan əhalisi arasında rast gəlinən böyük problemdir. Piylənmə həm kişilər, həm qadınlar arasında olsa da, bu faktor qadınlar arasında daha çox yayılıb. Azərbaycanda qadınların təxminən üçdə bir hissəsində artıq çəki və piylənmə müşahidə olunur.

Tütünçəkmə isə əsasən kişilər arasında böyük problemdir. Kişilərin təxminən 50 faizi gündəlik olaraq siqaret və digər tütün məmulatlarından istifadə edir. Spritli içkilərdən istifadə əsasən orta yaşlı kişilər arasında müşahidə edilir.

Azərbaycanda ən böyük problemin fiziki aktivliklə bağlı olduğu da aydın olub. Kişilər arasında daim idmanla məşğul olanların göstəriciləri 8 faiz təşkil edirsə, qadınlar arasında bu göstərici cəmi 4 faizdir.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol