• $
  • €
  • ₽
  • ₺
  • £

"Oğlu Ramil Usubova "cənab nazir" deyə müraciət edir"

"Oğlu Ramil Usubova "cənab nazir" deyə müraciət edir"
22.12.2014 15:53
"Daxili işlər naziri Ramil Usubovun nazirlikdə işləyən böyük oğlu Emil Usubov atasının qəbulunda olan zaman ona həmişə "cənab nazir”- deyə müraciət edir”.

Bunu AzVision.az-a açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib. E. Behbudov daxili işlər naziri, general-polkovnik Ramil Usubovun ad gününü təbrik edib:

"Ramil müəllimə ad günü ilə bağlı təbrik teleqramı göndərmişəm. Ramil müəllim dünya görmüş bir insandır. O, hörmət elədiyim nazirlərdən biridir, ağsaqqaldır. Daxili İşlər Nazirliyi sistemində özünə kifayət qədər hörmət qazanıb. Hər kəs onu çox istəyir”.
Daha sonra hüquq müdafiəçisi R.Usubovla bağlı maraqlı xatirəsini bölüşüb:

"Onunla bağlı çox xoş xatirələrim var. Hələ mən Ramil müəllimdən "yox” sözü eşitməmişəm. Ramil müəllimlə övladları ilə bağlı bir neçə dəfə söhbətlərimiz olub. Nazir mənə dedi ki, nazirlikdə işləyən oğlu Emil Usubov onun yanına gələndə heç vaxt ata deməz. Ramil müəllim qəbulunda olarkən Emil Usubov həmişə ayaq üstə dayanır və atasına cənab nazir deyə müraciət edir. O, atasına cənab nazir deyərək də otağı tərk edir. Mən isə Ramil müəllimə oğlunun bu hərəkətinin tərbiyədən asılı olduğunu söyləmişəm”.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun ad günüdür. Nazir 66 yaşını qeyd edir. Ailəlidir. Üç övladı var.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol