• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda mənzillər ucuzlaşır

Bakıda mənzillər ucuzlaşır
23.12.2014 11:05
2014-cü ilin son iki-üç ayı ərzində Azəryacan paytaxtında mənzil bazarında qiymətlər 1-1,5 faiz ucuzlaşıb.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.

İbrahimovun qeyd etdiyi kimi, torpaq və kommersiya obyektləri bazarında başqa vəziyyət müşahidə olunur. Belə ki, burada torpaq sahələrinin qiymətlərində cüzi artımdan əlavə, qiymətlərdə artıb-azalmalar demək olar ki, yoxdur: "Ötən il mənzil bazarında qiymət artımı 24 faiz, 2014-cü ildə isə 14 faiz təşkil edib. Belə qiymətlər potensial alıcılar üçün əlçatan deyil. Alıcıların demək olar ki, yarısı bu bazara gedir. Hazırda bu seqmentdə qiymətlərə təzyiq müşahidə olunur və mütəmadi artım gedir".

Ekspertin sözlərinə görə, qiymətlərdə azalma Rusiya və Ukraynada baş verən proseslərdən qaynaqlanır: "Rusiya və Ukraynada iqtisadi vəziyyətin pisləşməsi ona gətirib çıxarıb ki, Azərbaycana pul kütləsinin axını azalıb. Ötən il və bu ilin birinci rübündə yerli daşınmaz əmlak bazarına Rusiya investisiyalarının həcmi 6-10 faiz təşkil edirdisə, son 3-4 ay ərzində onun payı faktiki olaraq sıfıra enib".

İbrahimovun fikrincə, gələn il üçün gözləntilərə gəlincə, 2015-ci ilin birinci yarısında xüsusilə mənzil seqmentində qiymətlərin ucuzlaşması davam edəcək, ilin ikinci yarısından isə qiymətlər sabitləşməyə başlayacaq.

Rusiya rublu geosiyasi risklərin və neftin qiymətlərinin düşməsinin fonunda kəskin azalıb. Son bir ay ərzində Moskva birjasında hərracların gedişində dollar 80,10 rubla, avro isə 100,74 rubla qalxıb.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol