• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirdən evi olmayanlara şad xəbər

Nazirdən evi olmayanlara şad xəbər
23.12.2014 13:15
"Bu ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 172 nəfər müharibə əlili və şəhid ailəsinə mənzil verilib. Dövlət başçısının müvafiq sərəncamına əsasən bu sahədə yaxın bir neçə ildə ciddi irəliləyişlərə nail olunacaq".

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov YAP-ın saytına müsahibəsində deyib. Nazir bildirib ki, sərəncamla 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsi də 2014-2018-ci illərdə mərhələlərlə mənzil və ya fərdi evlə təmin ediləcək:

"Hazırda bu təbəqələrdən olanlar üçün Tərtər, İmişli, Beyləqan rayonlarının hər birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda 4 mərtəbəli 36 mənzilli, Bakı şəhərinin Nizami rayonunda 12 mərtəbəli 96 mənzilli yaşayış binaları inşa olunur. Eyni zamanda, əlil və şəhid ailələri üçün artıq bölgələrdə fərdi evlər tikilir, ilkin mərhələdə ümumilikdə 52 rayonda 353 ədəd fərdi ev inşa edilərək əlil və şəhid ailələrinə təqdim olunacaq. Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərində isə hazır mənzillərin bu kateqoriyadan olan şəxslərə alınıb verilməsi nəzərdə tutulur", - deyə nazir qeyd edib.

Səlim Müslümov hər bir Azərbaycan ailəsində orta hesabla 5 nəfər ailə üzvünün olduğunu xatırladıb və bildirib ki, prezidentin qeyd olunan sərəncamı 5731 nəfər əlil və şəhid ailəsi üzrə 30 min nəfərə qədər insanın həyatına rahatlıq gətirəcək.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol