• $
  • €
  • ₽
  • ₺
  • £

"Neft 20 dollar olsa belə OPEK hasilatı endirməyəcək"

"Neft 20 dollar olsa belə OPEK hasilatı endirməyəcək"
23.12.2014 14:52
Neft qiymətlərinə görə, bir barel neft 20 dollara qədər aşağı düşsə belə Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) neft hasilatını aşağı salmayacaq.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə "Middle East Economic Survey” jurnalına müsahibəsində Səudiyyə Ərəbistanı neft naziri Əli əl-Nuyami bildirib.

"Qiymət necə olursa olsun, hasilatın azaldılması OPEK istehsalçıların maraqlarında deyil. Qiymət 20,40, 50 və 60 dollar olsa belə”, - deyə Nuyami vurğulayıb.

Nazirin sözlərinə görə, neftin qiyməti bir də heç vaxt barelə görə 100 dollardan artıq olmaya bilər: "Əgər Səudiyyə Ərəbistanı hasilatı azaltsa qiymətlə yuxarı qalxacaq və ruslar, braziliyalılar və ABŞ-dan olan sıxılmış qaz istehsalçıları bizim bazar payımızı ələ keçirəcəklər”, - deyə əl-Nuyami bildirib.

Nazirin sözlərinə görə, Fars körfəzi ölkələrinin büdcəsi qiymətlərin uzun müddət aşağı düşməsinə tap gətirə bilər. Çünki regionda neft hasilatı bir barelə görə, 4-5 dollara başa gəlir. Nazirin fikrincə ilk olaraq Braziliya və Qərbi Afrika, Arktikanın şelf layihələrinə ziyan çəkəcək. Ona görə də gec ya tez bu ölkələrin maliyyə imkanları onları neft hasilatını aşağı salmağa vadar edəcək. Biz dünyaya bildirmək istəyirik ki, yalnız neft hasilatında yüksək effektivliyə malik ölkələr bazarda böyük paya sahib olmalıdır. ” – deyə, ərəb nazir vurğulayıb.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol