• $
  • €
  • ₽
  • ₺
  • £

TANAP-ın Türkiyə hissəsini inşa edəcək şirkətlər müəyyənləşdi

TANAP-ın Türkiyə hissəsini inşa edəcək şirkətlər müəyyənləşdi
23.12.2014 16:12
Türkiyə ərazisində TANAP qaz kəmərinin inşasını həyata keçirəcək şirkətlər seçilib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, «Şahdəniz-2» layihəsi çərçivəsində çıxarılacaq təbii qazın Türkiyə üzərindən Avropaya nəqlini həyata keçirəcək TANAP boru kəmərinin inşası ilə bağlı «TANAP Doğalqaz İletim A.Ş» şirkəti tərəfindən açılan 3 lot üzrə tenderin qaliblərinin adları açıqlanıb.
 
Boru xəttinin Gürcüstan sərhədindən Əskişəhərə qədər olan 1337 km-lik hissəsinin inşası ilə bağlı bu ilin aprel ayında elan edilmiş tenderə 15 yerli və xarici şirkət dəvət olunub.
 
Tenderin yekunlarına əsasən birinci lot üzrə kəmərin 375 km-lik hissəsinin (Ərdahan-Posof-Türkgözü-Ərzurum -Askala) inşasını «Fernas İnşaat A.Ş», ikinci lot üzrə 375-825 km-ləri əhatə edən hissəsinin (Ərzurum-Askala-Sivas-Yıldızeli) inşasını «Sicim-Yüksəl-Akkord» ortaqlığı, üçüncü lot üzrə 825-1334 km-ləri əhatə edən hissəsinin (Sivas-Yıldızeli-Əskişəhər-Seyidqazi) inşasını isə «TEKFEN İnşaat və Tesisat A.Ş» şirkətləri həyata keçirəcək.
 
Qeyd edək ki, TANAP layihəsi çərçivəsində inşa olunacaq qaz kəməri Azərbaycanın "Şahdəniz” yatağından çıxan qazın Gürcüstan-Türkiyə-Yunanıstan-Albaniya-İtaliya marşrutu üzrə nəqlini nəzərdə tutur. Kəmər vasitəsilə Türkiyəyə 6 mlrd. kubmetr, Avropaya isə 10 mlrd. kubmetr həcmində qaz nəql ediləcək.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol