• $
  • €
  • ₽
  • ₺
  • £

“Elzaya salam versəm, əlimi paltar sabunu ilə yuyaram” - Əhəd Abıyev

“Elzaya salam versəm, əlimi paltar sabunu ilə yuyaram” - Əhəd Abıyev
24.12.2014 11:32
Bu günlərdə müğənni Elza Seyidcahan mətbuata özünün növbəti qalmaqallı açıqlamasını verib. Müğənni deyib ki, bəzi icra başçıları, rayon rəhbərləri ona deputatlqı təklif edirlər: "Rəhbər şəxslər mənə bildirilər ki, Elza xanım, siz musiqiçi, bəstəkar kimi fəaliyyətinizdən əlavə, sanki hansısa diplomat sahəsi ilə də bağlı təhsil almısınız. Onlar mənim natiqliyimə, danışığıma, hərəkətlərimə heyran qalırlar, məndə deputata xas xüsusiyyətlər görürlər. Bu səbəbdən onlar mənim depuatat olmağımı istəyirlər”.

Müğənninin bu çarpıcı açıqlamasına bir neşə rayon icra hakimiyyətlərinin mövqeyini öyrəndik. 

Şirvan şəhər İcra Hakimiyyətinin məsul işçisi Adəm Hüseynov: "Nə vaxtdan deputatı icra hakimiyyəti seçir? Belə bir qanun yoxdur. Bizim rəhbərlik tərəfindən belə bir təklif ola bilməz”.

Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin müavini Hacımurad Hənifəyev müğənninin bu açıqlamasını ilk dəfə eşitdiyini dedi: "Elza xanım müğənnidir. Əgər deputat olmaq istəyirsə gələn il namizədliyini irəli sürə bilər. Yəni bu barədə heç bir qadağan yoxdur. Ancaq icra hakimiyyətləri tərəfindən ona deputat təklifi edilməsi inandırıcı görünmür. Deputat olan şəxsi parlament, xalq seçir. Rəhbərlik adından deyə bilərəm ki, Elza xanıma heç vaxt belə bir təklif etməmişik və buna qanun yol verməz”.

Salyan rayon İcra Hakimiyyəti başçısının köməkçisi Kərəm Muradov da digər həmkarları kimi deyilənləri təkzib etdi: "Deputatı icra başçıları yox, xalq seçir. Elza Seyidcahan əgər həqiqətən də deyibsə ki, ona hansısa icra başçısı deputatlıq təklif edib, əminəm ki, o, nəyisə səhv salır, qarışdırır.” E.Seyidcahanın indiyədək Salyan İH-də olub-olmaması ilə maraqlandıq. Kərəm Muradov dedi ki, müğənni indiyədək heç vaxt Salyan icra hakimiyyətinin binasında olmayıb.  

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev isə bu mövzuda bunları dedi: "Elza Seyidcahan bu sözü özündən uydurub. İcra başçısı deputat seçdirmir, deputatı xalq, seçicilər seçir. Həm də axı Elza deputatlığa layiq namizəd deyil. O, getsin heyvanlara mahnı bəstələsin, dovşanlarla söhbət etsin, onun siyasətdə nə işi var?!”

"Elza Seyidcahanla şəxsi tanışlığınız varmı” sualına Ə.Abıyev belə cavab verdi: "Mənim onunla heç bir tanışlığım yoxdur, ola da bilməz. O cür adamlara təsadüfən salam versəm, əlimi gedib paltar sabunu ilə yuyaram. Bir daha deyirəm, bu qadın özündən uydurub o sözü, çünki heç bir özünə hörmət qoyan icra başçısı o cür söz deməz”.

Yasamal rayon icra başçısının müavini Şahin Məmmədov da bildirdi ki, bu cür məsələ barəsində danışanda məsuliyyətli olmaq lazımdır: "Təsəvvür belə edə bilmirəm ki, hansısa icra başçısı ona desin ki, gəl deputat ol. İcra başçısı vəzifəsi adi bir vəzifə deyil, bu barədə danışanda məsuliyyət hissi olmalıdır. Bəyəm deputatları seçmək icra hakimiyyətinin səlahiyyətindədir?” /musavat.com/

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol