• $
  • €
  • ₽
  • ₺
  • £

“Müəllim və həkimlərin maaşı artacaqmı?” - Açıqlama

“Müəllim və həkimlərin maaşı artacaqmı?” - Açıqlama
24.12.2014 12:33
"2015-ci ilin dövlət büdcəsi təsdiq olunarkən əmək haqları, müavinətlər, eyni zamanda təqaüdlərin də artırılması nəzərdə tutulub. Amma nəzərə alınmalıdır ki, istənilən əməkhaqqı, təqaüd artımı müəyyən qanunauyğunluqla reallaşdırılmalıdır. Maaşların artırılması qərar verməklə mümkün ola bilməz. Büdcə ilə birgə yaşayış minimumu da təsdiq olunur. Yaşayış minimumuna uyğun olaraq əmək haqları, təqaüdlər də onun faizi məbləğində artırılır”.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, bu haqda Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev məlumat verib.

O bildirib ki, yaşayış minimumu 131 manat məbləğində təsdiq olunub və bu, ötən ildəkindən 7 faiz artıqdır: "Buna görə də gələn il də əmək haqlarının 7-10 faiz artırılması labüddür. Amma ölkənin sosial-iqtisadi inkişaf, inflyasiya səviyyəsindən, müəyyən malların qiymətlərinin artımından asılı olaraq maaşların əlavə artımı da ola bilər. Düşünürəm ki, növbəti ildə ölkəmizdə daha çox stabil iqtisadi-siyasətin davam edəcəyi proqnozlaşdırılır”.

Uzun müddətdir müzakirəsi gedən müəllim və həkimlərin maaşının artırılmasına gəlincə, deputat bunun növbəti ildə reallaşmayacağını bəyan edib:

"Müəllim və həkimlərin maaşlarının artırılması gözlənilmir. Bu məsələlərdən çox sui-istifadə olunur, bilən də danışır, bilməyən də. Bunun üçün islahat getməli, ilk növbədə sözügedən sahələr bazar iqtisadiyyatına uyğunlaşdırılmalıdır. Nə zaman təhsil və səhiyyə sahələrində əsaslı islahatlar aparılacaq, o vaxt gözlənilən maaş artımından söhbət gedə bilər. Əks təqdirdə, heç bir nəticə olmayacaq”.

Deputat qeyd edib ki, gözlənilən maaş artımı üçün təhsil sahəsində islahatlar sürətləndirilməli, məktəblər, müəllimlər kateqoriyalara bölünməli, onların optimal sayı müəyyənləşdirilməli (yəni hər bir müəllimə düşən şagird sayı), ümumi optimallıq artırılmalıdır: "Əgər məktəbdə il ərzində məzun olanların 15 faizi ali təhsil ala bilmirsə, deməli orada təhsilin keyfiyyəti yüksək deyil. Belə məktəblərdə işləyən müəllimlərin maaşı nəyə görə artırılmalıdır?!

Azərbaycanın bəzi bölgələrində xəstəliklər xroniki olaraq artır, yayılır, müəyyən xəstəliklər üzrə ölüm sayı artırsa, ana və uşaq ölümü o qədər yuxarı deyilsə, nəyə görə hamı eyni maaş almalıdır?!

Hər şey xidmətin keyfiyyətinə və nəticəyə bağlı olmalıdır. Hesab edirəm ki, səhiyyə sahəsində maaş artımı birbaşa icbari tibbi sığorta ilə bağlı olacaq. Bu sığorta növü tətbiq olunandan sonra hər bir həkimin xidmət etdiyi xəstənin sayından asılı olaraq konkret əmək haqqı müəyyənləşməlidir. Yalnız bundan sonra gözlənilən əmək haqqı artımı reallaşa bilər”.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol