Sərxoş 28 May metro stansiyasına “bomba qoydu”

Polisə yalan məlumat vermiş Mingəçevir şəhər sakini Taleh Səfərov tutulub.
Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, dekabrın 24-də saat 01.45 radələrində naməlum şəxs DİN-in 102 Zəng Mərkəzinə zəng edərək "metronun "28 May” stansiyasının yanına bomba qoymuşuq” demişdir.
Dərhal həyata keçirilmiş tədbirlər nəticəsində məlumat təsdiqini tapmayıb.
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumatı vermiş Mingəçevir şəhər sakini 32 yaşlı Taleh Səfərov metronun "28 May” stansiyasının yaxınlığında tutulmuşdur. Onun sərxoş halda olması müəyyən edilib.
Araşdırmalar aparılır.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi