• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərin nəzərinə: benzinin qiyməti dəyişməyəcək – RƏSMİ

Sürücülərin nəzərinə: benzinin qiyməti dəyişməyəcək – RƏSMİ
25.12.2014 17:15
SOCAR ölkədə benzinin ucuzlaşmayacağını açıqladı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dünya bazarlarında neftin ucuzlaşması fonunda ölkədə benzinin ucuzlaşmamasına münasibət bildirib.
 
"APA-Economics”in məlumatına görə, SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib ki, Azərbaycanda istehsal edilən "Aİ-92” markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.
 
Vitse-prezident bildirib ki, SOCAR ölkə daxilində benzinin pərakəndə satışından çox az miqdarda gəlir əldə edir: "Bu vəsait də gəlir vergisinin ödənilməsinə yönəldilir. Bundan başqa, SOCAR qonşu dövlətlərlə neft və neft məhsullarının qiymətini müqayisə edib. Bu qiymətlərin içində vergilərin həcmi müəyyən edilib. Məlum oldu ki, Azərbaycanda neft məhsullarının qiyməti daha aşağıdır, vergilər həcmi isə daha yuxarıdır. Bütün bunları nəzərə alaraq, məlum olur ki, benzinin qiymətinə hər hansı bir dəyişikliyin edilməsinə ehtiyac yaranmır. Ölkə daxilində manatın qiymətdən düşməsində heç bir problem yoxdur, camaatın aldığı maaşda heç bir dəyişiklik yoxdur. Təbii, dövlət sabah qərar qəbul etsə ki, yanacağın qiymətinə baxılsın, bu halda bu qiymətlərə baxıla bilər”.
 
Ölkəyə gətirilən benzinin qiymətinin aşağı salınması məsələsinə toxunan S. Qasımov bildirib ki, "Aİ-95” və "Aİ-98” markalı benzin dövlət tərəfindən tənzimlənmir: "Bu markadan olan benzini bəzi şirkətlər gətirir. Bu baxımdan ölkəyə gətirilən benzinin də öz xərcləri var. Burada da bu yanacağın ölkəyə gətirilməsinin maya dəyəri nəzərə alınmalıdır”.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol