• $
  • €
  • ₽
  • ₺
  • £

MTRŞ xəbərdarlıq etdi

MTRŞ xəbərdarlıq etdi
25.12.2014 22:59
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, MTRŞ-dan verilən məlumata görə, iclasda "Lider TV və Radio Azərbaycan” MMC tərəfindən «Televiziya və radio yayımı haqqında» qanunun tələblərinin pozulması faktı müzakirə edilib.
 
"Lider TV və Radio Azərbaycan” MMC tərəfindən dekabrın 21-i, saat 19:00-da efirə gedən "Seçim” verilişinin yayımı zamanı (saat 19:25) uşaqların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən səhnənin - dayə tərəfindən azyaşlı uşağa qarşı fiziki zorakılıq, xəsarətyetirmə səhnəsinin nümayiş etdirilməsi ilə «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.1-ci bəndinin, həmçinin 11 dekabr, 17 dekabr, 18 dekabr, 22 dekabr, 24  dekabr 2014-cü il tarixlərdə «Televiziya və radio yayımı haqqında» Qanunun 35.4; 16 dekabr, 22 dekabr 2014-cü il tarixlərdə  «Televiziya və radio yayımı haqqında» Qanunun  35.5; 11 dekabr 2014-cü il tarixdə   «Televiziya və radio yayımı haqqında» Qanunun  35.7-ci maddəsinin tələblərinin pozulması (reklamın yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsi) faktı ilə əlaqədar olaraq "Lider TV və Radio Azərbaycan” MMC-yə xəbərdarlıq elan edilib.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol