• $
  • €
  • ₽
  • ₺
  • £

BP və SOCAR arasındakı saziş enerji ehtiyatlarının artıracaq - Ekspert

BP və SOCAR arasındakı saziş enerji ehtiyatlarının artıracaq - Ekspert
26.12.2014 17:38
"Sənəd əməkdaşlığın daha da uzunmüddətli olmasına təkan verəcək”.

Dekabrın 22-də BP və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR)  Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında Hasilatın Pay Bölgüsü sazişi (HPBS) imzalayıb.

ANN.Az Oxu.az-a istinadən xəbər verir ki, bu sazişin mahiyyətini şərh edən  Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, sazişin xüsusiyyəti geoloji kəşfiyyat üzrədir və bunun məqsədi bundan sonra geoloji kəşfiyyat sahəsində addımlar atmaqdır.

"Bu da Abşeron yarımadasının cənub hissəsində dənizin 40 metr dərinliyinə qədər olan sahənin yenidən öyrənilməsi və orada olan ehtiyatların dəqiqləşdirməsi ilə bağlıdır,” - deyə, ekspert bildirib.

Sazişin tərəflər üçün əhəmiyyətindən danışan İlham Şaban deyib ki, sənəd gələcəkdə SOCAR və BP arasında arasında olan əməkdaşlığa müsbət təsir edəcək. 
 
 
"Bu əməkdaşlıq çərçivəsində əgər yeni neft və yaxud qaz ehtiyatları tapılarsa, hər iki şirkət üçün birincisi əməkdaşlığın daha da uzunmüddətli olmasına təkan verəcək. İkincisi, bu saziş hər iki şirkətin enerji ehtiyatlarının artırılmasına xidmət edəcək. Bu isə hər iki şirkətin kapitalının artırılması deməkdir. Üçüncüsü də, bu, gələcək hasilatın artırılması yönümündə atılmış yeni bir addım olacaq,” – deyə ekspert bildirib.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol