Çarli Çaplinin ən yaxşı 7 filmi - SİYAHI

Dünya kinosunun əfsanəsi Çarli Çaplinin filmləri hər zaman insanlar tərəfindən maraqla izlənilir.
ANN.Az dünya mətbuatına istinadən Çaplinin ən yaxşı 7 filmini təqdim edir:
1. "Uşaq" filmi (The Kid)
Film 1921-ci ildə çəkilib. Edna uşağının atası olan gənc rəssam tərəfindən tərk edilmiş yalnız bir qadındır. O, əlacsızlıqdan uşağını zəngin bir evin önündəki lüks avtomobilə qoyur. Qısa bir müddət sonra etdiyindən peşman olub uşağı götürməyə gələndə isə çox gec olur.
2. "Qızıl hərisliyi" (The Gold Rush)
1925-ci ildə çəkilən bu filmdə Alyaskaya qızıl axtarmaq üçün gedən "Kiçik Avara" Şarlonun burada ikən çəkdiyi çətinliklər, düşdüyü komik vəziyyətlər, ehtirasdan gözləri dönmüş insanların zəifliklərini görməsi və bu arada eşqi tapması izah edilir.
3. "Sirk (The Circus)
1928-ci ildə çəkilişi olan "Sirk" Çaplinin ən çox çətinlik çəkdiyi filmlərdən biri olmuşdur.
4. "Böyük Şəhərin İşıqları" (City Lights)
1931-ci ildə çəkilən bu filmdə təmiz ürəkli bir küçə avarası kor bir çiçək satıcısına aşiq olur.
5. "Müasir Zamanlar" (Modern Times)
Film 1936-ci ildə çəkilib. Film bir qoyun sürüsünün üstdən görünüşüylə başlayır. Bu nöqtədə Çaplinin yaratdığı obraz anarxist şəxsiyyətiylə ön plan çıxır.
6. "Böyük Diktator" (The Great Dictator)
Nasist Almaniyasından bəhs edən film 1940-cı ildə çəkilib.
7. "Səhnə İşıqları" (Limelight)
Film 1952-ci ildə çəkilib. Bu film müzikhol komediya ustalarının dramını izah edir. Çaplin bir gün bir balerinanı intihar etmək üzrə ikən xilas edir və ona dəstək olur. İki ortaq komediyaçı arasındakı problemlər də beləcə ortaya çıxır. "Səhnə İşıqları" dövrün səssiz kinodan gəlmə iki məşhur ismini də bir araya gətirməsi baxımından əhəmiyyətli: Çarli Çaplin və onun ortağını oynayan Buster Keaton.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi