• $
  • €
  • ₽
  • ₺
  • £

24 yaşlı Şəfiqənin nicatı üçün bank hesabı açılıb

24 yaşlı Şəfiqənin nicatı üçün bank hesabı açılıb
28.05.2020 19:03
Şəfiqə Cəfərova 1990-сı ildə Gəncədə ziyalı ailəsində doğulub. Atası Cahangir Cəfərov Gəncədə fəaliyyət göstərən "Regionsesi.az” xəbər portalının rəhbəri, anası Ulduz Səfərova Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin müəlliməsidir.

Şəfiqə Cəfərova 2007-ci ildə Gəncə şəhəri 16 saylı orta məktəbi bitirib. 2007-ci ildə Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinə qəbul olunub. 2012-ci ildə bu universiteti fərqlənmə diplomu ilə bitirib və həmin il Azərbaycan Tibb Universitetinin rezidenturasına daxil olub. Hazırda Azərbaycan Tibb Universiteti rezidenturasının III kurs tələbəsidir.

24 yaşlı Şəfiqə çox ciddi xəstəlikdən əziyyət çəkir. O, hazırda sistemli vaskulit, kəskin böyrək çatışmazlığı və ürək çatışmazlığı diaqnozu ilə İstanbul Yedditəpə Universiteti xəstəxanasının intensiv terapiya şöbəsində müalicə olunur.

Şəfiqənin müalicəsi hemodializ və plazmaferez tətbiq edilməklə aparılır. Həkimlər onun müalicəsi üçün uzunmüddətli intensiv terapiyanın lazım olduğunu bildiriblər.

Bəllidir ki, xarici ölkədə sistemli vaskulit, kəskin böyrək çatışmazlığı və ürək çatışmazlığı kimi diaqnozla, hemodializ və plazmaferez tətbiq edilməklə aparılan bir uzunmüddətli intensiv terapiya böyük maliyyə vəsaiti tələb edir.

Şəfiqənin müalicəsi üçün 150.000 manat məbləğində vəsait lazımdır. Bu vəsaitin toplanmasına yardım göstərilməsi üçün Şəfiqə Cəfərovanın bacısı Ülviyyə Cəfərovanın adına Beynəlxalq Bankda hesab açılıb.

Şəfiqənin nicatına yardım göstərmək istəyənlər aşağıdakı bank hesabına pul köçürə bilərlər:

Bankın adı: Beynəlxalq Bank
Bankın kodu: 805614
Müxbir hesab: AZ03NABZ01350100000000002944
VÖEN: 9900001881
SWIFT: IBAZAZ2X
Müştərinin adı: Cafarova Ulviyya Cahangir
Müştərinin hesabı: AZ50IBAZ33801019443104131207

Əlaqə telefonu: (050) 567 66 17



ANN.Az
 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol