• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni hərbi maşını partladı

Erməni hərbi maşını partladı
26.12.2014 16:03
Ermənistan mətbuatı Azərbaycan tərəfinin təmas xəttindəki ərazilərini minaladığı barədə xəbər yayıb.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, məlumatlarda Azərbaycan ordusunun təmas xəttində diversiya əməliyyatı keçirmək istədiyi, bu məqsədlə təmas xəttini minaladığı, Ermənistan silahlı birləşmələrinin isə operativ şəkildə ərazini minalardan təmizlədiyi və əməliyyatın onlar üçün uğurlu başa çatdığı iddia edilir.

Amma erməni mətbuatının yazdığı kimi Milli Ordumuzun təmas xəttində irəliləyərək qarşı tərəfin mövqelərinə yaxın yerləri minaladığı o qədər də real görünmür. Bunu həm də təmas xəttinin 250 metrliyində yerləşən Tərtərin Qapanlı kəndinin sakinlərinin müşahidələri də sübut edir.

Sakinlərin sözlərinə görə, ötən gün səhər saatlarında ərazidə Ermənistan silahlı birləşmələrinin aktivliyi müşahidə olunub.

Ehtimala görə, qarşı tərəf özü minaladığı ərazini təmizələyərək Azərbaycan mövqelərinə növbəti hücum planlışdırırmış. Saat təqribən 11:30 radələrində isə parlayış səsi eşidilib. Ermənistan tərəfinə məxsus hərbi avtomaşın minaya düşərək partlayıb.

Otlaq sahəsində qoyun otaran çobanların sözlərinə görə, əraziyə xeyli sayda texnika cəlb edilib. Sakinlərin sözərinə görə, gecə saatlarına qədər Ermənistan tərəfi əraziə hərbi texnika cəmləməkdə davam edib.

Hava qaralandan sonra isə Qapanlı kəndi və Mili Ordumuzun mövqeləri atəşə tutulsa da, cavab atəşilə susdurulub. Hazırda cəbhənin Tərtər istiqamətində nisbi sakitlikdir. Ermənistan təfrinin ərazinin minalanması ilə bağlı yaydığı məlumata münasibət bildirən Azərbaycan Müdafiə Nazirlyi bəyan edib ki, Azərbaycan Ordusu cəbhənin həmin istiqamətində heç bir aktivlik göstərmir. Bu Ermənistanın növbəti təxribatıdır.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol