• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar Mobile” daha bir təhsil layihəsinə dəstək oldu

“Nar Mobile” daha bir təhsil layihəsinə dəstək oldu
26.12.2014 16:49
Mobil operator V Elektron təhsil müsabiqəsinin kommunikasiya tərəfdaşı oldu

"Nar Mobile” ölkədə təhsilin təşviqinə yönələn layihələrə dəstək strategiyasına uyğun olaraq, hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının Təhsil nazirliyinin təşkil etdiyi "Elektron təhsil” müsabiqəsinə dəstək oldu.

Belə ki, "Nar Mobile” mobil operatoru öz ənənəsinə sadiq qalaraq, 8 sentyabr 2014-cü il tarixdə start götürən V Elektron təhsil müsabiqəsinin telekommunikasiya tərəfdaşı kimi çıxış edərək, Azərbaycanın təhsil sahəsində keçirilən ən genişmiqyaslı müsabiqələrdən birinə dəstək olmuşdur. Qeyd etmək lazımdır ki, bu il keçirilən Elektron təhsil müsabiqəsi "Təhsildə İnternet texnologiyaları", "Müasir məktəbdə elektron tədris resursları” və "Milli elektron tədris resurslarının yaradılması” istiqamətləri üzrə keçirilmişdir.

Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, İnternet texnologiyalardan tədris prosesində istifadəni tanıtmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

26 dekabr 2014-cü il tarixdə layihənin başa çatması ilə əlaqədar təşkil edilmiş mərasimdə müsabiqənin qaliblərinə Təhsil nazirliyinin xüsusi diplomları və sponsorların təqdim etdiyi dəyərli hədiyyələr təqdim edilmişdir.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru "Nar Mobile” 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq, müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflər təqdim etmiş və onların rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun fərqliliyi və sərfəliliyi ilə seçilən İnternet paketləri və abunəçilərin hər zona üzrə eyni qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. "Nar Mobile” Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol