• $
  • €
  • ₽
  • ₺
  • £

Mədəaltı vəz üçün faydalı bitkilər

Mədəaltı vəz üçün faydalı bitkilər
27.12.2014 14:32
Bir növ ifrazat vəzi olan mədəaltı vəz sağlamlıq baxımından çox əhəmiyyətli rola malikdir. Mədəaltı vəz düzgün işləmədikdə şəkər xəstəliyi baş verir. Kifayət qədər insulin istehsal etməyən mədəaltı vəz şəkər xəstəliyinin əsas səbəbinə çevrilir. Ona görə də bu orqanın fəaliyyətini yaxşılaşdıran qidalardan istifadə etmək çox önəmlidir.

Əgər mədəaltı vəziniz sağlam olsa, bir çox xəstəliklərdən qorunmuş olacaqsınız.

Tabloid.az mədəaltı vəzin fəaliyyətini gücləndirən ən təsirli bitkilərdən yazıb:

Yulaf samanı: yulaf bitkisi qurudulub saman halına gəldikdən sonra 1 ovuc bitkini 50 ml suda 30 dəqiqə qaynadıb gündə 1 dəfə, yarım stəkan içmək lazımdır. Bu çayı 4-5 həftə içmək məsləhətdir.

Böyürtkən yarpağı: 1 stəkan qaynar suya  10 qram böyürtkən yarpağı töküb 10 dəqiqə gözləmək lazımdır. Bu sudan gündə 3 stəkan içmək lazımdır.

Qatıq otu: 1 stəkan qaynar suya, 1 çay qaşığı qatıqotu töküb 10 dəqiqə gözləyin. Gündə 2-3 stəkan bu çaydan için.

Ardıc toxumu: 1-ci gün 4 ədəd, 2 gün 5 ədəd və bu qayda ilə hər gün bir ədəd artıraraq qəbul etmək lazımdır. 15 gün bu prosesi davam etdirmək məsləhətdir.

Yer alması: Bu tərəvəzi qaynadaraq yedikdə mədəaltı vəzi gücləndirir.

Qoz yarpağı: 1 stəkan qaynar suya 4 qram təzə və ya quru qoz ağacının yarpağını töküb 10 dəqiqə gözləmək və gündə yarım stəkan içmək olar.

Soğan: Gündəlik olaraq istifadə etdiyimiz tərəvəzlərdən olan soğan da mədəaltı vəz üçün faydalıdır. 50 ml suya, 3 ədəd xırda çərtilmiş soğanı töküb 1 gecə saxlayırlar. Alınan suyu yeməklərdən 15-30 dəqiqə öncə içmək lazımdır. Gündə 1 fincan içmək kifayətdir.

Kələm: şirəçəkən maşında kələmin suyunu çıxarıb gündə 2 stəkan içmək mədəaltı vəzlə yanaşı, orqanizmin ümumi sağlamlığı üçün yaxşı üsuldur. (tabloid.az)

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol