• $
  • €
  • ₽
  • ₺
  • £

Şeyx: “Heydər Əliyev mənə dedi ki...”

Şeyx: “Heydər Əliyev mənə dedi ki...”
27.12.2014 09:20
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda məscid açılışındakı çıxışında Heydər Əliyevlə bağlı xatirəsini danışıb. Musavat.com xəbər verir ki, Şeyxin nəql etdiyi hadisə 1995-ci ildə baş verib.
 
"Mən Heydər Əliyev həzrətləri ilə çox görüşlərdə olmuşam, söhbət etmişik. Yadımdadır, BMT-nin 50 illiyi idi, Nyu Yorkdan geri qayıdırdıq. Əlimdə "Quran” var idi, "Quran” oxuyurdum. Rəhmətlik Heydər Əliyev həzrətləri mənə dedi ki, "Quran”dan bir az oxu və mənə tərcümə et ki, orada nə deyilir. Orada bir ayə var ki, Allah-Taala buyurur: "Bəzi müşriklər, istəməyənlər, həqiqəti, haqqı dananlar, istəyirlər ki, Allahın yandırdığı çırağı söndürsünlər. Üfürməklə söndürmək istəyirlər. Deyir, mən yandırmışam o çırağı, sən onu üfürməklə söndürə bilməzsən”. Sonradan dedi ki, bu, mənə çox təsir etdi”, - Allahşükür Paşazadə deyib.
 
Şeyx onu da əlavə edib ki, bir çox adamlar xarici ölkələri görməyiblər deyə, Azərbaycana qiymət verə bilmirlər:
 
"Azərbaycan bu gün həqiqətən də cənnətdir. Baxın, bütün müsəlman dövlətləri bir-birinə qarışıb, vuruşur, məzhəb ayrı-seçkiliyi mövcuddur. Bu gün heç yerdə rast gəlməzsən ki, buradakı kimi yəhudi, xristian, katolik - bütün din xadimləri bir yerə, bir məscidə gəlib çıxış etsinlər. Bu, yalnız Azərbaycandadır. Çünki bu bünövrəni qoyan Heydər Əliyev həzrətləri olub. Heydər Əliyev həzrətləri bizi tolerantlığa, qardaşlığa, dinlər arasında dialoqa və bir-birinə hörmətə çağırırdı və bunu bizə öyrətdi. Bu siyasət bu gün də davam edir. Mən çox sevinirəm ki, İlham Əliyev həzrətləri də, onun ailəsi də bu gün bunu davam etdirir”.
 
ANN.Az
 


Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol