• $
  • €
  • ₽
  • ₺
  • £

2015-ci ildə dünyada nələr baş verəcək? – Astroloji proqnoz

2015-ci ildə dünyada nələr baş verəcək? – Astroloji proqnoz
28.05.2020 21:46
2014-ci ilin bitməsinə sayılı günlər qalıb. İndi hamını maraqlandıran bir sual var ki, o da qarşıdan gələn 2015-ci Keçi (Qoyun) ilində dünyanı nələrin gözləməsidir.  Maraqlıdır, gələn il dünyada hansı hadisələrin baş vermə ehtimalı var?
 
Səbuhi Rəhimlinin 2015-ci il üçün astroloji praqnozunu Axar.az-a təqdim edir:
 
Qarşılamaqda olduğumuz Keçi (Qoyun) ili 2015-ci il fevralın 19-da Bakı vaxtilə səhər saat 04.47-də başlayacaq. Bu ərəfəyə təsadüf edən dövrlərdə ictimai-siyasi proseslər adətən böhranlı müstəviyə keçir: insanlar arasında haqq-ədalətə, qanuna, rəhbərlərə, ümumiyyətlə, xoş gələcəyə inam azalır. Keçi ilində bədbinlik, tərəddüdlər, başaldadıcı vədlər də geniş vüsət alır. Təsadüfi deyil ki, tarixə düşən böyük ixtişaşların, inqilab və çevrilişlərin əksər hissəsi də məhz Keçi illərinə təsadüf edir. Əlbəttə ki, bütün bunlar məlum dövrün mənfi cəhətləridir. Bəs bu dövrün ürəkaçan əlamətləri hansılardır?
 
Astroloji təyinatlar bu ərəfədə ən müxtəlif sahələrdə yeni liderlərin əmələ gələcəyini, insanların öz xilas yolunu dində tapacağını, okkultik elmlərin (magiya, astrologiya, müxtəlif öndeyimlər, ekstrasensura və s.) inkişaf edəcəyini, incəsənət aləmində əsaslı dönüşün baş qaldıracağını göstərir. Keçi cəsarətsiz, zəmanə ilə ayaqlaşmayan, öz hüququnu qoruya bilməyən, məsuliyyətsiz və yaltaq adamları sevmir.
 
2015-in aparıcı - tənzimləyici qüvvəsi qadınlar olacaq
 
Keçi ilində təlim-tərbiyə, əxlaq məsələləri ön plana çəkilməlidir. Mənəvi dəyərləri, milli sərvətləri qorumaq ilin başlıca vəzifəsinə çevrilməlidir. Bəhs etdiyimiz illərdə təhsil səviyyəsi bir qədər aşağı düşür. İnsanlarda oxumaq, bilik əldə etmək həvəsi səngiyir. Bu isə istər-istəməz gənclərin əyləncə və şoulara meyl etməsinə səbəb olur. Burada əxlaqın mənfi müstəviyə keçəcəyi də istisna olunmur. Ona görə də, 2015-ci ili qarşılayanlar sadaladığımız amilləri daima diqqət mərkəzində saxlamalıdırlar. Bir qayda olaraq Keçi ilinin ilk yarısını hazırlıq və sınaqlar ərəfəsi, ikinci yarısını isə aktiv dövr adlandırırlar. Qədim Çin astrologiyasına görə, Keçi zərif işarədir. Bəzən ona qadın işarəsi də deyirlər. Bu səbəbdən də ilin aparıcı - tənzimləyici qüvvəsi məhz qadınlar olacaq. Ailədən tutmuş ictimai-siyasi proseslərə qədər əsas diktə müəllifləri də məhz zərif məxluqlar olacaq. Qadınlar sülh tərəfdarı olduqları üçün bu illərdə müharibələr minimum səviyyəyə enir.
 
Keçi illərində nələr baş verib?
 
Yaxın tarixə nəzər salaq: XX əsrin Keçi illərində (1907, 1919, 1931, 1943, 1955, 1967, 1979, 1991) böyük müharibələrə az təsadüf olunub. Məsələn, 1907-ci ildə Rusiya inqilabı sakitləşib, ilk dünya müharibəsi də məhz Keçinin gəlişinə bir il qalmış yekunlaşıb. 1943-cü ildə Avropanın və SSRİ-nin əksər hissəsini işğal edən almanlar tədricən geri çəkilməyə, məğlubiyyətlə üzləşməyə başlayıblar. Qalan Keçi illərində də nəzərəçarpacaq qırğınlar törədilməyib. Hətta 1991-ci ildə İraqa qarşı aparılan "Səhrada tufan" əməliyyatı da müharibə həddində olmayıb. Amma 2003-cü ilin Ağ Keçi ilində İraqla savaş bir qədər böyükmiqyaslı olub. Həmçinin həmin il dünya siyasətində köklü dönüş baş verib.
 
 
Təəssüfləndirici bir halı da qeyd etmək yerinə düşər. Adətən bu illərdə intiharların, qətl və oğurluq hallarının sayı kifayət qədər artır.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol