• $
  • €
  • ₽
  • ₺
  • £

Azər Qasımovun tənqidinə cavab: “Yerusəlim Post” Bakıdan yazdı

Azər Qasımovun tənqidinə cavab: “Yerusəlim Post” Bakıdan yazdı
27.12.2014 12:14
"İsrailin Azərbaycan ilə əlaqələri hər iki ölkə, həmçinin ümumilikdə Qərb üçün vacib strateji və iqtisadi üstünlüklərə malikdir”.
 
Axar.az xəbər verir ki, bu sözlər nüfuzlu "Yerusəlim Post” qəzetinin Azərbaycana həsr etdiyi yazıda əksini tapıb.
 
Qəzet Azərbaycanın daxili məsələlərini tənqid edənlərin bu münasibətlərin əhəmiyyətini anlamaları gərəkdiyini bildirib:
 
"Haaretz” qəzetində Yair Auronun Ermənistan-Azərbaycan münaqişəsini yanlış təhlil etməsi, həmçinin həmin qəzetdə Anşel Fefferin və "Yerusəlim Post” ("Jerusalem Post”) qəzetində Yossi Melmanın Azərbaycanda insan hüquqları ilə bağlı qərəzli fikirlər söyləmələri İsrail-Azərbaycan münasibətlərinin hər iki tərəf üçün daşıdığı iqtisadi və strateji əhəmiyyəti ilə yanaşı, bu münasibətlərin gələcəkdə Qərb dəyərlərinin regionda inkişaf etməsindəki əhəmiyyətinin də yanlış anlaşılmasına səbəb olub. İsrail-Azərbaycan əlaqələrinin ən vacib aspekti enerjidir. 1973-cü ildə İsrailə qarşı tətbiq edilən neft embarqosundan təngə gələn bir çox israillilər hələ də bilmirlər ki, onların idxal etdikləri neftin 40 faizi Azərbaycandan alınır. Bu, İsrailin enerji təhlükəsizliyi probleminin həllinin əsas yoludur. İldə 2,5 milyard dollar ticarət dövriyyəsi ilə İsrail Azərbaycanın altıncı ən böyük neft alıcısıdır”.
 
Qəzet yəhudi icmalarının fəal olduğu az ölkələrdən birinin Azərbaycan olduğuna da diqqət çəkib:
 
"Xəzər dənizindəki zəngin təbii qazını İtaliyaya çatdıracaq əsas kəmərin ("Cənub” qaz dəhlizi) istifadəyə verilməsi ilə yaxın gələcəkdə Azərbaycan Avropanın enerji bazarında mühüm rol oynayacaq. İsrail həmin xəttə çıxış imkanı əldə etmək və Leviathan yatağının təbii qazını Avropa bazarına çıxarmaq potensialına malikdir. Daha geniş strateji baxımdan yanaşsaq, Azərbaycan İsraillə fəal şəkildə əməkdaşlıq edən və ticarət əlaqələri olan az sayda müsəlman və İsrailin regiondakı bir neçə dost ölkəsindən biridir. Azərbaycan regionun mədəni cəhətdən nadir ölkəsidir. Azərbaycan öz vətəndaşlarına din azadlığı verən, din və dövləti tamamilə ayıran dünyəvi ölkədir. Azərbaycan yəhudilərin dini inanclarına görə heç vaxt təqib olunmadığı, yəhudi icmalarının çox fəal olduğu az sayda ölkələrdən biridir. Azərbaycan həm də qadınların hüquqlarını fəal şəkildə müdafiə edir. Azərbaycan qadınlara və kişilərə, hətta ABŞ və Avropadan da əvvəl bərabər hüquqlar verən ilk ölkələrdəndir. İsrail-Azərbaycan əlaqələrini yalnız iqtisadi mənada başa düşmək, yaxud bu əlaqələrin kəsilməsini tələb etmək uzağı görə bilməməkdir”.
 
Qeyd edək ki, bir müddət öncə Azərbaycan PA mətbuat xidmətinin rəhbəri Azər Qasımov İsrailin "Yerusəlim Post” və "Haaretz” qəzetlərini Azərbaycanı yalnış təsvir etməkdə günahlandıraraq tənqid etmişdi.
 
 
ANN.Az
 
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol