• $
  • €
  • ₽
  • ₺
  • £

"Sürüşmə" köçkünlərinə mənzil verildi

"Sürüşmə" köçkünlərinə mənzil verildi
27.12.2014 15:17
Torpaq sürüşməsi nəticəsində evsiz qalan sakinlər üçün tikilən evlər istifadəyə verildi

 
2008-ci il iyulun 8-də Qusar rayonunun Sudur inzibati ərazi dairəsinə daxil olan Qənərçay kəndində baş verən torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinlər üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən yeni yaşayış evləri tikilib.
 
APA-nın şimal bürosunun xəbərinə görə, Qusar rayonunun Qənərçay kəndi ərazisində inşası başa çatan 16 fərdi yaşayış evi bu gün sakinlərin istifadəsinə verilib.
 
Açılış mərasimində çıxış edən Qusar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov sakinləri yeni inşa edilən evlərin istifadəyə verilməsi münasibətilə təbrik edib.
 
FHN-in Şimal Regional Mərkəzinin rəisi Şahin Mirzəyev kəndin dəniz səviyyəsindən 1900 metr yüksəklikdə yerləşdiyi üçün tikinti zamanı bəzi çətinliklərin yarandığını bildirib. Buna baxmayaraq, FHN tərəfindən tikinti işləri yüksək səviyyədə həyata keçirilib və yaşayış evləri müasir tələblərə cavab verir.
 
Tədbirdə bildirilib ki, Qusarın Urva kəndində də torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşən sakinlər üçün də yeni evlər tikilib və yaxın günlərdə istifadə veriləcək.
 
İstifadə verilən yaşayış evləri 2, 3, 4 və 5 otaqlıdır. Bunlardan 7-si 2 otaqlı, 7-si 3 otaqlı, 1-i 4, 1-i isə 5 otaqlıdır.
 
Qeyd edək ki, rayon mərkəzindən 62 km uzaqlıqda, dəniz səviyyəsindən 1900 metr yüksəklikdə yerləşən Qənərçay kəndində 62 ev var. Kənd sakinlərinin sayı isə 390 nəfərdir. Torpaq sürüşməsi nəticəsində evləri dağılan sakinlər üçün yeni evlərin tikintisi FHN-in vəsaiti hesabına həyata keçirilib. Tikilən 16 evlə yanaşı, hər vətəndaş üçün 6 sot torpaq sahəsi də ayrılıb.
 
ANN.Az
 
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol