• $
  • €
  • ₽
  • ₺
  • £

Qız doğduğuna görə kişi arvadını öldürmək istədi - Bakıda şok

Qız doğduğuna görə kişi arvadını öldürmək istədi - Bakıda şok
27.12.2014 16:56
Azərbaycan Uşaqlar Birliyinin sığınacağına 4 aylıq körpə yerləşdirilib. Bu barədə virtualaz.org saytına birliyin sədri Kəmalə Ağazadə məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, Bakıda bir ailədə uşağın qız doğulması ailənin dağılması ilə nəticələnib: "Kişi uşağın qız doğulmasından qəzəblənərək  arvadını və körpəni öldürmək istəyib, onları ölümlə hədələyib. Buna görə də onları gizlətməyə məcbur olmuşuq”.

K.Ağazadə bu cür halların yaranmaması üçün həssas ailələrin məlumat bazasının yaradılmasını təklif edir: "Bütün dünyada bu təcrübə var. Həssas ailələrin məlumat bazası yaradılır və belə ailələr qeydiyyata alınır. Sosial xidmətçilər, psixoloqlar, eləcə də uşaq inspektorları onlarla iş aparırlar. Azərbaycanda zorakılıq qurbanlarının artması əlavə tədbirlərə ehtiyac olduğunu göstərir”.

Təşkilat rəhbəri ilin axırıncı ayında iki uşağın qəddarlıqla qətlə yetirilməsini yada saldı: "Lənkəranda iki yaşlı uşaq anası tərəfindən boğulub öldürüldü. Suraxanı rayonunda isə nənə gəlini və 6 aylıq körpəni boğaraq qətlə yetirdi. Həssas ailələrlə iş aparılmayanadək belə qətllər baş verəcək”.

K.Ağazadə deyir ki, hazırda sığınacaq evində 34 uşaq yerləşdirilib: "Orada 4 aylıqdan 18 yaşınadək uşaqlar qalırlar. Onların hamısı problemli ailələrin uşaqlarıdır. Uşaqlar arasında təzyiqlərə məruz qaldığı üçün evdən qaçanlar da var”.
 
ANN.Az
 
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol